ABŞ Prezidenti Donald Tramp ABŞ rəsmilərinin Nyu-Yorkda İran nümayəndə heyətinin bəzi üzvləri ilə təxminən üç saat davam edən görüş keçirdiyini açıqlayıb. Tramp nümayəndə heyətləri arasında görüşün çox yaxşı keçdiyini bildirib.
"Bu, təxminən üç saat davam edən görüş idi. Çox yaxşı keçdi. Təxminən bir saat əvvəl başa çatdı" – deyə ABŞ prezidenti bildirib
İranın niyə razılaşmaq istəmədiyini anlamadığını bildirən Tramp, ya Tehranla razılaşma əldə edəcəklərini, ya da həmin ölkəni məhv edəcəklərini deyib.
Tahir TAĞIYEV