ABŞ BMT Baş Assambleyasında iştirak edəcək Rusiya diplomatik missiyasının üzvlərindən biri, xarici işlər nazirinin müavini Aleksandr Alimova viza verməkdən imtina edib.
Kremlin sözçüsü Peskov ABŞ-ın Alimova viza verməkdən imtina etməsini Rusiyaya qarşı daha bir dostcasına olmayan hərəkət adlandırıb və bunun öhdəliklərə zidd olduğunu bildirib.
"Bu, şübhəsiz ki, amerikalılarla təmas zamanı gündəmdə olacaq bir mövzu olacaq. Bunlar ölkəmizə qarşı növbəti qeyri-dost hərəkətlərdir", - deyə o bildirib.
Kremlin sözçüsü qeyd edib ki, bundan əlavə, bu hərəkətlər Birləşmiş Ştatların BMT-nin qərargahına ev sahibliyi edən dövlət kimi öhdəliklərinə ziddir: "BMT-nin qərargahına ev sahibliyi edən ölkə bu cür hərəkətlərə yol verməməlidir. Əksinə, BMT üzv dövlətlərinin bərabər payını təmin etməyə borcludur".
Tahir TAĞIYEV