Media və Yayım Şurasının təşəbbüsü ilə tarix elmləri doktoru Həsən Həsənov jurnalistlər üçün keçirdiyi “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminarda çıxışınsa Albaniya ərazisində üç fərqli dinin mövcudluğuna da diqqət yönəldib:
"Bunlar xristian, yəhudilik və tanrıçılıq dinləri olub. Məhz bunun nəticəsidir ki, islam dini gələndə tanrıçılıq dininə inananlar maneəsiz şəkildə bu dini qəbul ediblər. Xristianların bir qismi islamı qəbul etsə də, qalan qismi iki qola bölünərək ermənilər və gürcülər tərəfinə keçiblər".
Tarixçi alim ermənilərin özlərini albanların varisi elan etməsini tamamilə əsassız hesab edib, azərbaycanlı memar və tarixçi Davud Axundovun alban mirası ilə bağlı apardığı tədqiqatları bu kontekstdə dəlil olaraq göstərib: "O, bütün alban məbədlərinin tədqiqatçısıdır. Onun gəldiyi nəticə budur ki, Albaniya ərazisində olan bütün abidələr alban sivilizasiyasının məhsuludur. Hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib. Ümumiyyətlə, alban tarixi ilə bağlı araşdırmalar kifayət qədər deyil".
İRADƏ