Nərimanov rayonu ərazisində bir nəfərə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 50 yaşlı İ.Seyidov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görərək talama əməlini törədib.
Araşdırma aparılır.
ZÜMRÜD