Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə güclü bir mesaj göndərib.
Hər hansı potensial hücuma qarşı "dağıdıcı və qətiyyətli" cavab verməyə hazır olduğunu bəyan edən İran, bunun ABŞ və İsrailin bölgədəki mövcudluğuna son qoyacağını iddia edir.
SEPAH İrana mümkün hücumlarla bağlı yaydığı açıqlamada ABŞ və İsrailin bölgədəki mövcudluğunun qaçılmaz olaraq bir gün sona çatacağı bildirilir: "Silahlı Qüvvələr yüksək hazırlıq vəziyyətindədir, çürümüş və təcavüzkar düşmənə dağıdıcı və qətiyyətli cavab verməyə hazırdır".
Qeyd olunur ki, İran Silahlı Qüvvələri yerli təcrübə və strateji texnologiyaları ilə İrana qarşı hər hansı bir təhdidi neytrallaşdıra biləcək səviyyəyə çatıb və İranın Hörmüz boğazı üzərindəki "dominantlığı" ABŞ-ın acizliyini ortaya qoyur.
Tahir TAĞIYEV