Media və Yayım Şurasının təşkilatçılığı ilə media nümayəndələri üçün tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar keçirib.
Seminarı Media və Yayım Şurasının rəsmisi Natiq Məmmədli açdı və H.Həsənovun təqdim etdiyi mövzunun aktual olduğunu və media mənsubları üçün faydalı olacağını qeyd edib.
H.Həsənov çıxışında Qafqaz Albaniyasının zəngin dövlətçilik tarixi, mənşəyi, mədəni-dini irsi və regionun etno-siyasi mənzərəsində tutduğu mövqe haqqında ətraflı məlumat verib.
Tədqiqatçı-alim sənədlər və tarixi mənbələr əsasında Albaniyanın Azərbaycan dövlətçilik tarixindəki yerini vurğulayaraq, bu irsin düzgün öyrənilməsi və təbliğinin vacibliyini diqqətə çatdırıb.
İnteraktiv formatda təşkil olunan tədbirdə media mənsublarını maraqlandıran suallar cavablandırılır, tarixi həqiqətlərin kütləvi informasiya vasitələrində dəqiq və elmi əsaslara söykənərək işıqlandırılmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
İradə SARIYEVA