Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Sentyabrın 22-də Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər köçürülüb.
ZÜMRÜD