Cümə günü, 06 noyabr 2026
     

Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

Image


Akif Nağı: “Onlar Azərbaycanın bu nümunəsini ortaya qoymaqdan həm çəkinirlər, həm də bu onların müharibə ilə bağlı təsəvvürlərinə uyğun gəlmir”

Azərbaycanın Vətən müharibəsi (2020) və lokal xarakterli antiterror tədbirləri (2023) zamanı apardığı hərbi əməliyyatların rəsmi hərbi doktrinası və bəyan edilmiş əsas prinsipi mülki əhalinin və mülki infrastrukturun hədəf alınmaması üzərində qurulmuşdur. Əməliyyatlar zamanı yüksək dəqiqlikli pilotsuz uçuş aparatları (PUA), idarəolunan raketlər və müasir texnologiyalardan geniş istifadə edilmişdir. Bu texnologiyalar yalnız konkret hərbi hədəfləri (səngərlər, hərbi texnika, komanda məntəqələri, silah anbarları) nöqtə zərbələri ilə sıradan çıxarmağa imkan vermiş, mülki obyektlərə dəyə biləcək ziyanı minimuma endirmişdir.

Həm 2020-ci il, həm də 2023-cü il əməliyyatları zamanı Azərbaycan Müdafiə Nazirliyi rəsmi bəyanatlarla mülki əhalini hərbi obyektlərdən və legitim hərbi hədəflərdən uzaq durmağa çağırmışdır. 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq antiterror tədbirləri zamanı mülki şəxslərin təhlükəsiz zonaya təxliyəsi üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhlizlər və qəbul məntəqələri təşkil edilmişdir. Azərbaycan tərəfi əməliyyatların yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni silahlı qruplaşmalarına qarşı yönəldiyini bəyan etmişdir. Yaşayış məntəqələrinin daxilində və ya yaxınlığında yerləşdirilən hərbi hədəflərə zərbə endirilərkən mülki itkilərin qarşısını almaq üçün kəşfiyyat məlumatlarının dəqiqliyinə xüsusi önəm verilmişdir.

Bilindiyi kimi Vətən müharibəsi və antiterror tədbirləri vaxtı Azərbaycanın apardığı döyüş əməliyyatlarında mülkü əhali, mülkü obyektlər heç vaxt hədəfə alınmayıb. Çox maraqlıdır ki, dünyanın əziyyət çəkdiyi ABŞ və İran müharibəsi, eləcə də Rusiya Ukrayna müharibəsi ilə bağlı danışanda beynəlxalq təşkilatlar, beynəlxalq güclər Azərbaycanın bu taktikasını bir nümunə kimi göstərmək istəmirlər. Dillərinə də gətirmirlər ki, Azərbaycan 44 gündə mülkü infrastrukturu, əhalini hədəfə almadı, amma qalib gəldi. Ukraynada, İranda nə baş verdiyini bilirik.

Niyə Azərbaycanın sivil müharibəsini dünyada etiraf edib tanımaq istəmirlər?

İndiyə qədər İran, Ukrayna müharibəsindən söz düşəndə beynəlxalq qurumların, təşkilatların Azərbaycanı bir nümunə kimi göstərməsi faktı yoxdur.

Halbuki, Azərbaycan həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində mülkü obyektləri, suvilləri hədəfə almamaqla müasir müharibə tarixində nümunələr göstərdi. Bu nümunə niyə etiraf olunmur?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Azərbaycan doğrudan da həm 44 günlük müharibənin gedişində, eyni zamanda antiteror əməliyyatı həyata keçirərkən maksimum dərəcədə mülki obyektlərin vurulmamasına çalışdı. “Eyni zamanda dinc əhali içərisində itkilər olmadı. Əksinə, erməni tərəfi 44 günlük müharibədə Azərbaycanın əsasən dinc əhalini hədəf alırdı və yüzdən artıq Azərbaycan əhalisi erməni raketlərinin, bombalarının, güllələrinin qurbanı oldu. Erməni tərəfindən də guya neytrallaşdırmaq üçün 42 nəfər dinc əhalinin guya ölməsi ilə bağlı məlumat verirlər. Amma indiyə qədər siyahı da ortaya qoya bilmirlər ki, kimlərdi o dinc əhali, kimlərdir ölənlər? Çünki yoxdur. Belə fakt olmayıb. Eyni zamanda Azərbaycan çalışırdı ki, mülki obyektləri də dağıtmasın. Biz İkinci Qarabağ müharibəsinin gedişində şəhərlərimizi, kəndlərimizi işğaldan azad elədik, həm də bizim atdığımız atəşlə heç bir müəssisə, bina, ev dağılmadı. Nə Şuşasında, nə Kəlbəcərdə, nə başqa bir yerdə belə hal baş vermədi. Bu bir ideal müharibə nümunəsidir.

Müharibə zamanı adətən dinc əhalinin içərisində itkilərin olması normal sayılır. Hətta çox vaxt belə nəzərə alınır ki, dinc əhalidən daha çox itkilər olur. Məsələn, İkinci Dünya müharibəsində təxmini 55-65 milyon itkinin olması ilə bağlı rəqəm, rəy ortadadır. O dövrdə 30 milyondan artıq dinc əhali həyatını itirib. Yəni hərb meydanda ölən dinc əhalinin sayı daha çoxdur. Sonrakı müharibələrdə də müxtəlif yerlərdə dinc əhali içərisində kütləvi şəkildə insanlar qırılırdı. İndi bu dediyiniz elə həmin müharibə ilə bağlıdır. Deyək ki, Rusiya-Ukrayna müharibəsinin gedişində dinc əhaliyə qarşı atəş açılır, raketlər buraxılır, dronlardan istifadə edirlər. Çoxlu sayda dinc əhali həyatını itirir. Yaşayış binalarını, zavodları, yanacaq doldurma məntəqələrini dağıdırlar. Yəni Azərbaycan müharibəsində bir dənə də belə bir hal olmamışdı. Azərbaycan ideal bir müharibə apardı. Sadəcə olaraq bunu görmək istəmirlər. Birincisi, onu ona görə görmək istəmirlər ki, özləri Azərbaycan kimi ideal müharibə apara bilmirlər. Onlar müharibəyə girirlərsə, dinc əhali də nəzərə almırlar. Tutaq ki, Amerika Birləşmiş Ştatları İrana qarşı müharibəni başlayanda müharibənin birinci günü Qızlar Məktəbi vuruldu. İndi də onun üzərində hələ müzakirə gedir. Eyni zamanda İran da zərbələr vuranda hava limanlarını, dinc əhalini, yaşayış binalarını tam şəkildə hədəf alırlar. Rusiyada həmin qaydada Ukraynanın ərazisində yaşayış binalarını, müəssisələri hədəfə alır. Ukrayna da həmçinin. Yəni Avropanın, ABŞ iştirakı ilə aparılan müharibələrdə bu qaydalar gözlənilmir. Ona görə də onlar Azərbaycanın bu nümunəsini ortaya qoymaqdan həm çəkinirlər, həm də bu onların müharibə ilə bağlı təsəvvürlərinə uyğun gəlmir”.

A.Nağının fikrincə, o beynəlxalq qurumlar, güc mərkəzləri, dövlətlər Azərbaycanın bu nümunəvi cəhətini müsbət qiymətləndirib onu örnək kimi təqdim etsələr onda gərək özləri də bu prinsiplərə ona əməl etsinlər. “Ona görə də bunu görmək istəmirlər. Bu, məsələnin bir tərəfidir. İkinci məsələ ondan ibarətdir ki, ümumiyyətlə, Azərbaycanın uğurlarını görmək istəmirlər. Dünya qərəzli bir dünyadır. Qərb qərəzli bir aləmdir. Azərbaycana qarşı ikili standartlarla çıxış edirlər. Eyni halda regionda sülhü Azərbaycan bərqərar etdi, işğala Azərbaycan son qoydu. Amma Almaniya Heesen sülh mükafatını Paşinyana verir. Nə etdi Paşinyan? Hansı sülhə xidmət etdi ki, ona bu mükafat veridli? Yaxud hansı dərəcədə Azərbaycan Prezidentindən üstün oldu? Bu nə ikili və qərəzli yanaşma mövqeyidir. Yəni bunun ayrı bir adı yoxdur. Həddindən artıq qərəzli bir yanaşmadır. Paşinyan Azərbaycana qarşı yeni torpaq iddialarında idi. Yeni müharibə, yeni ərazilər iddiası, şüarı irəli sürürdü, Azərbaycanı yeni ərazilər tutması ilə hədələyirdi. Amma Paşinyana o mükafatı verirlər. Amma Azərbaycan işğala son qoyaraq sülhə nail oldu, müharibədə nəticə əldə etdi. Ona görə də Azərbaycanın belə bir ifadəsi var ki, bütün müharibələr sülhə doğru aparır. Azərbaycan bu müharibəni azadlıq müharibəsinə aparmaqla regionda sülhü bərqərar etdi.

Ona görə də bu ədalətsiz, Azərbaycana qarşı ikili standart mövqeyidir. Bu səbəbdən də Azərbaycanın müharibə aparmaq qaydasını bunlar görmək istəmirlər. Üçüncü də ondan ibarətdir ki, ümumiyyətlə, Azərbaycan həm daxili, həm də xarici siyasəti ilə dünyanın lider ölkələrindən birinə çevrilib. Artıq regionun lider ölkəsidir. Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. Ona görə də Azərbaycanın bu və digər cəhətdən əldə etdiyi nəticələri görmək istəmirlər.

İstər azad ərazilərdə bərpa sahəsində uğurlar əldə eddir, istər xarici siyasətdə düşmən olan müxtəlif dövlətlərin arasında faktiki olaraq vasitəçilik edib münasibət yaradır, istərsə də regionda ciddi güc mərkəzinə çevrilir. İqtisadi və nəqliyyat qovşağının mərkəzində yerləşir, Mərkəzi Asiya ilə, Orta Dəhlizlə bağlı ciddi rol oynayır. Yəni Azərbaycanın bu lider cəhətlərini də görmək, dəyərləndirmək, o cümlədən elə o cəhətini görmək istəmirlər. O qurumlar Azərbaycanı nümunə gətirsələr Azərbaycanın mövqeyi daha da möhkəmlənmiş olar. Azərbaycanın mövqeyinin möhkəmlənməsini istəmirlər və burada digər amillər də var.

Bu amillərdən çıxış edərək belə bir mövqe ortaya qoya bilərik ki, onlar Azərbaycanın nailiyyətlərini, Azərbaycanın nəticələrini, Azərbaycan dövlətinin bir model dövlət olduğunu görmək istəmirlər. Hər cəhətdən model dövlətdir. Ümumiyyətlə, Azərbaycan ortaya bir formula qoyur”.

A.Nağı qeyd etdi ki, istər iqtisadi inkişaf, istər daxili siyasət, istər xarici siyasət, istər qonşularla münasibət sahəsində Azərbaycan nümunə göstərir və bu nümunəni də onlar görmək istəmirlər. O, hesab edir ki, Azərbaycan nümunəsinin etiraf olunamaması bir sıra səbəblərlə, amillərlə bağlıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ