ABŞ Körfəzdəki enerji obyektlərinin yenidən qurulması məqsədilə fond yaradılması təklif edir. “Wall Street Journal” qəzetinin araşdırdığı və adları çəkilməyən ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ enerji obyektlərinin yenidən qurulması üçün maliyyələşdirməyə başlamaq üçün 5 milyard dollar təklif edib.
İddia edilir ki, fond Yaxın Şərq ölkələrinə ABŞ/İsrail-İran müharibəsində zədələnmiş enerji infrastrukturunu bərpa etməyə və neft və qaz daşınması üçün Hörmüz boğazından asılılığını azaltmağa kömək etmək üçün nəzərdə tutulub.
Təklifin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla müxtəlif Yaxın Şərq ölkələri ilə müzakirə edildiyi bildirilən xəbərdə, ABŞ-ın 10 milyard dollarlıq investisiya fondu yaratmaq məqsədi ilə səkkiz Yaxın Şərq ölkəsindən öz təklifinə bərabər məbləğdə töhfə verməsini istəyəcəyi iddia edilir.
ABŞ rəsmiləri fondla bağlı müzakirələrin davam etdiyini və razılaşmanın şərtlərinin dəyişə biləcəyini bildiriblər.
Tahir TAĞIYEV