Avropa ölkələri qış mövsümünə hazırlıq məqsədilə Ukraynaya avadanlıq tədarük etməyə başlayıblar, lakin bu çatdırılmalar gizli saxlanılır.
“Bloomberg” agentliyi mənbəyə istinadən bildirir ki, avropalı müttəfiqlər artıq əllərində olanlarla kömək edirlər, xüsusən də elektrik stansiyaları və istilik avadanlıqları üçün ehtiyat hissələri təmin edirlər.
Qeyd edilir ki, Ukrayna enerji infrastrukturuna mümkün hücumlar səbəbindən münaqişənin başlamasından bəri ən çətin qış dövrünə hazırlaşır.
Tahir TAĞIYEV