Qətərin enerji naziri Səad əl-Kaabi ABŞ maliyyə naziri Skott Bessentin strateji əhəmiyyətli Hörmüz boğazının iki il ərzində əhəmiyyətini itirəcəyi ilə bağlı açıqlamasını səhv adlandırıb.
"Yəni, bəlkə də bu onun fikridir. Məncə, bu, tamamilə səhvdir", - əl-Kaabi Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda bildirib.
Bessent əvvəllər Hörmüz boğazının əhəmiyyətinin növbəti iki ildə əhəmiyyətli dərəcədə azala biləcəyini bildirmişdi. Onun bu açıqlaması alternativ neft və qaz təchizatı marşrutlarının inkişafına və qlobal iqtisadiyyatın bu su yolu vasitəsilə enerji daşınmasından asılılığının mümkün azalmasına əsaslanır.
Ancaq Əl-Kaabi boğazın tezliklə strateji əhəmiyyətini itirəcəyi ilə bağlı fikirlə razılaşmır.
Hörmüz boğazı qlobal enerji ticarəti üçün ən vacib marşrutlardan biri olaraq qalır. Dünyanın neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əhəmiyyətli bir hissəsi buradan keçir və onun sabit fəaliyyəti Qətər də daxil olmaqla Fars körfəzi ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.
Tahir TAĞIYEV