Qazaxıstanın milli şirkəti KazMunayGaz (KMG) və Rusiyanın LUKOIL şirkətləri arasında Xəzər dənizinin Qazaxıstan hissəsindəki "Əl-Fərabi" neft yatağında birgə geoloji kəşfiyyat layihəsi müvəqqəti olaraq dayandırılıb.
KMG mətbuat xidmətindən TASS-a verilən açıqlamada layihənin hazırda kəşfiyyat mərhələsində olduğu bildirilib. Qeyd edilib ki, LUKOIL-a qarşı sanksiya məhdudiyyətləri səbəbindən istehsal və kəşfiyyat fəaliyyətləri dayandırılıb, lakin layihədən rəsmi olaraq çıxmaq barədə heç bir korporativ qərar qəbul edilməyib.
Bundan əvvəl "Al-Farabi Operating" şirkətinin 2025-ci il audit hesabatında tərəfdaşların strukturlar üçün geoloji göstəricilərin aşağı olması səbəbindən layihədən çıxmaq niyyətində olduqları bildirilirdi. Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən “Əl-Farabi” sahəsi sahildən təxminən 130 kilometr məsafədədir və dərinliyi 300 metrdən 600 metrə qədər dəyişir.
Tahir TAĞIYEV