Cümə günü, 06 noyabr 2026
     

Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

Image


Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Nəriman oğlu Həmidovun (1975-2020) atası, el müəllimi, mərhum Nəriman Həsən oğlu (1933-2023) söyləyirdi ki, Şərqi Zəngəzurun Qubadlı nahiyəsi, Əliyanlı elatında xalq arasında belə bir deyim vardı:

- Boz öküzün işlətdikləri yadıma düşəndə onun gönünüdən çarıq tikməyi də istəmirəm...

Dinsiz hay kilsəsinin baş keşişi V Gevorq Surenyants (1853-1930) Rusiya İmperiyasının Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova (1837-1916) ünvanladığı məktubla (05 avqust 1914-cü il tarixli, 1131 nömrəli) Şərqi Anadolu haylarının Qafqaz cəbhəsində rus ordusuna sədaqətlə xidmət göstərəcəklərinə hazır olduqlarını bildirmiş, rus-hay qüvvələrinin Türk-Müsəlman dünyasına qarşı səfərbərliyinin, “erməni”lərin sadiq təəbbə kimi mühafizəsinin vacibliyi vurğulanmışdır ki, nəticədə 300 min hayın İrəvan vilayətində məskunlaşmasına II Nikolay (1868-1918) tərəfindən razılıq verilmişdir....

Bu köçürülənlərin 100 mindən çox canlısı 1916-1920-ci illərdə hay-daşnak silahlı dəstələrinin tərkibində (T.O.Nəzərbəyyan (1855-1931), D.A.Bəy-Pirumyan (1861-1922), M.M.Silikyan (1862-1937), A.T.Ozanyan (1865-1927), S.Q.Zoryan (1867-1919), A.Srvantsyan (1873-1921), S.Q.Şaumyan (1878-1918), D.M.Kanayan (1883-1956), Q.Y.Ter-Arutyunyan-Hjde (1886-1955), Q.N.Korqanyan (1886-1918)...başda olmaqla) Qərbi və Cənubi Azərbaycanda, Naxçıvanda, Qarabağda, Gəncəbasarda, Muğan-Lənkəran nahiyələrində, Abşeron yarımadası-Xəzər dənizinin qərb hissələrində, o cümlədən, Bakı, Təbriz, Naxçıvan, İrəvan, Şuşa, Göyçay, Şamaxı, Quba, Salyan, Lənkəran...şəhərlərində)...Türk-Müsəlman qövmünə qarşı soyqırım qətliamlarının törədilməsində, mal-mülkün qarət edilməsində, tarixi maddi-mədəni abidələrin dağıdılmasında, yüzlərlə kökənli yaşayış məntəqəsinin yer üzündən silinməsində...iştirak etmişlər.

XX əsrin ilk onilliklərində Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi doktrinasında hay kilsəsinin və hay-daşanak qüvvələrinin iştirakı barədə, o cümlədən, general E.V.Maslovskinin (1876-1971) “Qafqaz cəbhəsində dünya müharibəsi. 1914-1917-ci illər” kitabında (1933-cü il, Paris ş.) və hərbçi-tarixçi, general-leytnant, professor N.Q.Korsunun (1876-1958) “I Dünya müharibəsinin Qafqaz cəbhəsi.1914-1917-ci illər” hərbi-tarixi sənədlər toplusunda ətraflı bilgilər verilib. Həmin hay qüvvələrinin 70-80 min nəfəri Naxçıvan, Qərbi Azərbaycan, Qarabağ və Abşeron bölgələrində kökənli əhalinin amansız qətliamlarında əllərində silah, xıltlarında nifrət...iştirak etmişlər.

I Dünya müharibəsi və çar Rusiyasında 1917-ci ilin oktyabr inqilabı çevrilişi nəticələri dinsiz hay kilsəsi/xarici hay icması siyaisi-hərbi qüvvələrini birləşdirərər, Rusiya Xalq Komissarları Soveti (başda V.İ.Ulyanov/Lenin (1870-1924) olmaqla) ilə birlikdə Şərqi Anadoluda, Azərbaycanda Türk-Müsəlman ərazilərində qondarma dövlətlərni yaratmağa, dinc əhalisini irqi/dini mənsubluğuna görə qətliamlarına sövq etmiş, ilk növbədə Abşeron yarımadası, Bakı şəhəri geniş miqyaslı hədəfə, qanlı döyüş meydanına çevrilmişdir. Belə ki, bu düşmən cəbhəsi (Rusiya XKS, Bakı şəhər XKS, İ(Ü)çmüəzzin kilsəsi, terrorçu “Daşnakstyun” partiyasının silahlı dəstələri) uzun müddət hazırlıqdan keçdiyi kimi, həm də beynəlxalq güc dayaqlarına malik idi...Qanlı faciələrin miqyası vəhşicəsinə olduğundan V.Lenin Ş.Şaumyana məktub yazaraq bir az “mərhəmətli” olmağı tövsiyyə etmişdir (“Bakı fəhləsi” qəzeti (rus dilində), 15.03.1918-ci il tarixli).

Rusiyanın xüsusi marağında olan Abşeron-Xəzər cəbhəsində 1918-ci ilin iyul-avqust aylarında Bakı XKS-nin hay-daşnak dəstələri ilə birlikdə həm də Qafqaz ordusunun 5-ci atıcı alayı (komandiri general Q.A.Doküçayev (1864-1921) olub) yaxından iştirak etmişdir.

XIX əsrin II yarısnnda Abşeron yarımadası dünya sənaye istehsalının, yanacaq ehtiyatlarına artan beynəlxalq tələbin əsas mərkəzi kimi qiymətləndirilmiş və pusquda yatan rus-hay cütlüyü Azərbaycanın zəngin ehtiyatlarının ələ keçirmək fürsətini canlandırmış, bu məqsədlə 1890-cı ildə çar Rusiyasının cənubi Qafqazda inzibati-idarəetmə mərkəzində, Tiflis şəhərində terrorçu siyasi-hərbi hay silahlı birliyini-“Daşnakstyun” partiyası yaradılmış, rus-hay neft maqnatlarının və bankları fəaliyyətini genişləndirmiş, çar Rusiyasının hərbi ehtiyatlarından, inqilabçı qüvvələrin isə siyasi imkanlarından yararlanaraq Dövlətimizin və Xalqımızın məhv edilməsi siyasətini gücləndirmişlər.

XVIII əsrin əvvəllərindən (I Pyotrun (1672-1725) işğalçılıq siyasətinin tərkib hissəsi kimi) Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası hərbi-siyasi və iqtisadi hədəf olaraq Rusiya dövləti üçün strateji əhəmiyyət kəsb etmiş, Hind okeanına əlverişli çıxış yoluna (Türküstan diyarından keçən yola alternativ) çevrilmişdir. Rusiyanın bu beynəlxalq səviyyəli irticaçı siyasəti XIX əsrin sonları-XX əsrin əvvəllərində hay-daşnak qüvvələrinin fəallığı ilə xeyli dərəcədə güclənmişdir ki, bu cəbhənin əsas üzvləri keşiş V Gevorq, 1917-ci ilin sonlarında Qafqazın fövqəladə komissarı S.Şaumyan (onun yardımçısı A.Mikoyan), 3-cü briqada komandiri A.Srvantsyan, “erməni” süvari-atıcılarının rəhbəri T.Amiryan, Qırmızı ordunun Qafqaz 1-ci korpusunun komandanı polkovnik Kazaryan, 2-ci Atıcı briqadasının başçısı podpolkovnik Arutyunyan, bu dəstəyə 1918-ci ilin fevral ayının 6-dan qoşulan İ.Baqramyan...olmuşlar.

P.S. 1918-1920-ci illərin tarixi səhifələrinin xronoloji-sənədli məzmunu xalqımızın yaddaşında da qorunub saxlanılıb və şifahi-yazılı tarixçünaslıqda mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Qərbi Azərbaycanın Basarkeçər şəhər sakini Məhəmməd Bayramovun və Naxçıvan diyarının Culfa və Şahbuz nahiyələrinin Kırnı, Bənənyar, Daylaqlı kənd sakinləri Narı Əbülfəz qızı Quliyevanın (1896-2001), Varis Muxtar oğlu Quliyevin (1952), Kərbəlayı Kirman Knyaz oğlu Məmmədovun (1956)... söylədikləri yüzilliklərlə tarixi hadisələrin dəyişilməzliyinə sübutu ola bilər:

- Osmanlı Türkiyəsinin qazi sərkərdələri Nuru paşa Əhməd bəy oğlu Killigil (1889-1949) və Musa Kazım Qarabəkir paşa (1882-1948) olmasaydılar nəinki Qərbi Azərbaycan və Naxçıvanın, ümumilikdə Bütöv Azərbaycanın dinc sakinlərinin sonuncusu hay-daşnak quldurlarının süngüsü ilə yox olacaqdı....

Eyni qənaətləri Abşeron bölgəsinin Çaylı (Mir Abbas Hacı Zəki oğlu-1894-1974...), Binəqədi, Xırdalan, Fatmayı (Məşədi Məhəmmədhənifə Hacı Məhəmməd oğlu-1870-1952, Mirzəqulu Rzalı oğlu-1879-1929...), Novxanı (Nərgiz Nəcəfqulu qızı-1889-1975, Əliskəndər Əlibala oğlu-1893-1990, Yaqub İskəndər oğlu-1898-2003...), Digah (Yarməmməd Seyidəməmməd oğlu-1840-1918..), Zabrat (Əlirza Musarza oğlu-1872-1956..), Zığ, Hövsan, Qobu (Kərbəlayı Qasım Məşədi Mehralı oğlu-1928-1938, Nuru paşa onun evində məskunlaşıb), Güzdək (Kərbəlayı Murad Bəndalıoğlu-1855-1934, Atamalı Bədəl oğlu-1873-1941...), Hökməli...kəndlərinin də həmin hadisələrin şahidləri olmuş sakinləri söyləmişlər.

1918-ci ilin fevral-iyun ayları ərzində, 5-ci Qafqaz İslam Ordusunun xilaskar hərbi yürüşünə qədər bu nahiyənin ən qanlı səngərlərindən biri də Biləcəri-Binəqədi-Novxanı kəndləri istiqamətində olmuşdur. Təsadüfi deyil ki, Ordunun komandiri Mürsəl Bakı paşa (1881-1945) və 15-ci piyada diviziyasının rəhbəri, yarbay Süleyman İzzət bəy cəbhə xəttinin bu hissəsində hücum əməliyyatlarının keçirilməsi ilə bağlı hərbi döyüş planını Novxanı kənd sakini Qurban Qurban oğlunun (1854-1951) evində müzakirə və uğurla icra etmişlər. Nəticədə, Yelli dağın ətəklərində, Şor (Masazır) gölünün üstündə ağır, lakin müzəffər/müqəddəs savaş nəticəsində rus-hay və ingilis-fransız dəstələrinin (ingilis “Danstervul”ekspedisiya korpusunun komandanı, general L.Ç.Denstervil (1885-1946), general-leytnant, həmin dövrdə Bakı şəhərinin hərbi komendantı U.M.Tomson (1877-1963), fransa hərbiçilərinin rəhbəri polkovnik P.O.Şardin, (1873-1951),....) məhv edilməsi mümkün olmuş, düşmən qüvvələrinin dənizdə yerləşən mövqeləri ilə (hərbi “Ərdahan” gəmisində yerləşən, bu gəmidən müntəzəm olaraq Corat, Goradil, Pirşağı, Fatmayı, Digah...kəndləri atəş altında qalmışdı) birləşməsinə, ətraf kəndlərin işğalına imkan verilməmişdir.

Əli silah tutanlar və cavanlar isə kəndin dörd bir yerində (Quzuqulağı, Keçəldağ...səmtlərində), hündürlüklərdə səngər quraraq düşmənə canlı sipər olmuşlar, çünki düşmənin məqsədi Novxanı və ona yaxın kəndləri (Corat, Saray, Fatmayı, Göradil...) oda qalamaq, bütün malı-mülkü qarət, kimsəsiz əhalisini isə son anda dənizdə qərq etmək idi....

Həmin günlərdə Xəzər dənizi istiqamətindən, Corat kəndi tərəfdən Azərbaycan xalqının və yeni qurulan dövlətinin köməyinə gələn 5-ci Qafqaz İslam Ordusunun bir bölük əsgər-zabit heyəti kafir quldurların hücumlarının qarşısını aldılar, qərargahlarını “Mürsəl dərəsi”nin üstündə (kəndin cənub-şərqində, 2-3 km aralı, Binəqədi kəndi yönündə) qurdular, çünki, düşmən Biləcəri qayalarından topla Binəqədi kəndini atəş altında saxlayırdı. Hadisə şahidlərinin sözünə görə, bir gün qərargaha əlləri bağlı iki mülki adam gətirdilər. Türk zabiti onların kimliyi ilə maraqlandı, məlum oldu ki, onlar gavurlar yox, hay-rus dəstələrinə silah-sursat paylanılmasında iştirak və köməklik edən, Cənubi Azərbaycandan gələn həmşərilərdir...

Zabit buyurdu ki, bunlara güllə vurmaq israfçılıqdır, qurğuşun heyifdir, milli satqınların, xəyanətkarların qolları bağlı halda üstlərinə neft töküb yandırdılar...ki, başqalarına da görk olsun...

1970-ci illərin əvvəllərində Xanbaba kişi xatırlayırdı ki, bağlarda, üzüm tənəklərinin arasında gizlənmişdim, Türk zabiti məi gördü və tənbeh etdi:

- Biz sizi qorumaq, xilas etmək üçün gəlmişik, siz isə qaçıb gizlənirsiz....

Abşeron bölgəsi uğrunda gedən həmin döyüşlərdə İki Türk döyüşçüsü (Əsgər və Zabit) Şəhid oldu, “Mürsəl dərəsi”nin üstündə, Yelli yalda dəfn edildi, həmişə də xalq ehtiramı ilə yad edilirdi, müqəddəs ocaq kimi ziyarət olunurdu, məzarları qorunurdu...

Bu döyüşlərdə yerli müdafiə qüvvələri ilə birlikdə olan Türk ordusunun Şəhidləri də az olmayıb. Ümumilikdə, Abşeron yarımadasında, Bakı şəhəri uğrunda hərbi qarşıdurmalarda 1130 nəfər Türk əsgəri-zabiti Uca Haqqın dərgahına qovuşub....

Novxanı kəndi yaxınlığında (“Mürsəl dərəsi”nin üstündə) Şəhid olmuş Türk zabitinin unudulmayan və xalq tərəfindən ziyarət edilən, müqəddəs ocaq kimi tutiyalanan məzarı görkəmli dövlət xadimi, yazıçı-dramaturq Şıxəli Qurban oğlu Qurbanovun (1925-1967, O, ana tərəfdən bu kəndlə bağlı olub) bilavasitə himayəsi və iştirakı ilə 1965-ci ilin əvvəllərində kəndin “Aşağı məhəlləsi”nin qəbirstanlığına köçürülmüş, el adəti üzrə üzrə dəfn edilmiş, qəbrinin üstünə sinə və baş daşları qoyulmuşdur...

Həmin müqəddəs törənin iştirakçısı Fərhad Sərkar oğlu baş barmağının əzilmiş yarası ona ağrı yox, indi fərəh hissi bağışlayır, çünki o iz həmin günün yadigarıdır, Şıxəli Qurban oğlu cibindən yaylıq çıxarıb onun barmağını sarıması unudulmaz xatirə kimi yaddaşından heç vaxt silinməyəcək...

Vətən sevdalı şairin Türk Şəhidini ruhuna bağışladığı həmin nəzm parçası, üstdə “1918-ci ildə erməni daşnaklarına qarşı döyüşlərdə şəhid olmuş Türk əsgərlərinə” xitabı yazılmış baş daşına, qara mərmər lövhəyə həkk olunub:

Eşidib fəryadın Azərbaycanın,

Tərəddüd etmədən dada yetişdiz.

Xalqımın yolunda keçib canından,

Əbədi şöhrətə, şana yetişdiz...

Sinə daşında “Türk Şəhidlərinin ruhuna fatihə” cümləsi mərmər vərəqə qeyd edilib.

(Yazının hazırlanmasında həm də Abşeron rayonu, Novxanı kənd sakinləri Fərhad Sərkar oğlu Zülfüqarovun (1940), Fəxrəddin Hacı Şəmsəddin oğlu Əliyevin (1951) və Hacı Ramiz Behişt oğlu Nağıyevin (1960) məlumatlarından istifadə olunub).

Qısmət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ