"Vaşinqton Post" qəzeti ABŞ-ın İrana qarşı başlatdığı müharibə ilə bağlı yeni bir iddia irəli sürüb .
Məsələ ilə tanış olan altı ABŞ mənbəsinə istinadən bildirilir ki, ABŞ ordusu İranla münaqişə zamanı bölgədəki müxtəlif bazalarda xidmət edən ən azı 22 əsgərini itirib.
Qeyd edilib ki, bu rəqəm Pentaqon tərəfindən açıqlanan 18 ölüm hadisəsindən daha yüksəkdir və bəzi rəsmilər əsl rəqəmlərin ictimaiyyətlə paylaşılmamasından "məyusluğunu" ifadə ediblər.
Məlumata görə, bir mənbə ictimaiyyətə açıqlanmayan bütün ölümlərin "birbaşa münaqişə ilə əlaqəli" olmadığını, lakin münaqişə zamanı Yaxın Şərqdə olan ABŞ hərbi qulluqçuları ilə əlaqəli olduğunu bildirib.
ABŞ müdafiə naziri Pit Heqset isə sosial media hesabında iddianı əks etdirən xəbər məqaləsini paylaşaraq yazıb: "Bu, iyrənc və əsassızdır. Tamamilə yalandır. "Washington Post" qəzetinə ayıb olsun. Onlar hətta İran dövlət mediasından da betərdirlər."
Tahir TAĞIYEV