KTMT Parlament Assambleyasının Rusiya Dövlət Duması seçkiləri üzrə müşahidə missiyasında Ermənistan nümayəndəsi yoxdur. Bu barədə KTMT PA-nın beynəlxalq müşahidə qrupunun rəhbəri Rüstəm Şoxmurod bildirib.
"Xeyr, Ermənistan daxil edilmir, onlar KTMT-dəki iştiraklarını dayandırıblar. Onlar burada deyillər. Bu, onların qərarıdır", - Şoxmurod deyib.
KTMT PA müşahidəçi qrupunun tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Serbiyadan nümayəndələr daxildir. Ermənistan daxil deyil. Missiya Moskvada və Moskva vilayətində, eləcə də KTMT üzv dövlətlərinin xaricdəki seçki məntəqələrində fəaliyyət göstərir.
2024-cü ilin fevral ayında Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-dəki iştirakını dondurduğunu elan edib. O, qərarın təşkilatın Ermənistan qarşısındakı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi izah edib.
Doqquzuncu Dövlət Duması seçkilərinə səsvermə 18-20 sentyabr tarixlərində keçiriləcək.
KTMT Parlament Assambleyasının missiyası Rusiyada səsverməni 18 sentyabrda izləməyə başlayıb. Müşahidəçilər seçki məntəqələrinin açılışında iştirak ediblər, həmçinin Rusiya parlament partiyalarının nümayəndələri və Federasiya Şurasının rəhbərliyi ilə görüşlər keçiriblər. Müşahidə nəticələrinə əsasən missiya seçki prosesi ilə bağlı hesabat hazırlayacaq.
Tahir TAĞIYEV