Cümə günü, 06 noyabr 2026
     

Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

Image


Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və sürətlə dəyişən proseslərlə xarakterizə olunur. Dünyanın müxtəlif regionlarında davam edən müharibələr, geosiyasi rəqabətin dərinləşməsi, iqtisadi və enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması, yeni təhlükəsizlik risklərinin meydana gəlməsi və beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində yaranan problemlər dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə ayrı-ayrı ölkələrin milli təhlükəsizliyinin təmin olunması ilə yanaşı, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatı (TDT) məhz belə bir geosiyasi və təhlükəsizlik mühitində üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilməkdədir. Təşkilatın təhlükəsizlik sahəsində əməkdaşlığı son illərdə daha sistemli xarakter alıb. Bu fonda üzv dövlətlərin Təhlükəsizlik Şuraları arasında məsləhətləşmələr 2022-ci ildən etibarən katiblər səviyyəsində müntəzəm şəkildə keçirilir. Qeyd edək ki, sentyabrın 17-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də Şimali Kipr Türk Respublikası və Türk Dövlətləri Təşkilatının Katibliyi təmsilçilərinin iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, qlobal geoiqtisadi münaqişələrin, müharibələrin, beynəlxalq hüququn zəifləməsi kimi mürəkkəb və təhlükəli proseslərin mövcudluğu şəraitində illik toplantıların keçirilməsi müasir çağırışların qabaqlanması, ümumi təhdidlərə qarşı birgə cavabların hazırlanması baxımından səmərəli platforma, ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə, ortaq maraqlarımızın həyata keçirilməsinə mühüm töhfədir. Gündəlikdə duran məsələlər - Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda regional təhlükəsizlik problemləri, süni intellekt sahəsində milli inkişafın imkanları və digər mövzularla bağlı nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Müzakirə zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları tərəfindən əldə olunan razılaşmaların, eyni zamanda, 2025-ci il oktyabr ayının 7-də imzalanmış Qəbələ Bəyannaməsinin müddəalarından irəli gələn təhlükəsizlik məsələləri üzrə vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Ümumiyyətlə, bu baxımdan Təhlükəsizlik Şuraları katiblərinin illik toplantılarını yalnız növbəti diplomatik görüş kimi qiymətləndirmək düzgün olmaz. Belə görüşlər dəyişən təhlükəsizlik mühitinin birgə təhlili, mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi, informasiya və təcrübə mübadiləsi, eləcə də ümumi maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsi üçün institusional mexanizm formalaşdırır. Ənənəvi hərbi təhlükələrlə yanaşı, bu gün dövlətlərin təhlükəsizliyinə kibertəhdidlər, transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi amillər də təsir göstərir. Bu risklərin bir çoxu milli sərhədlərlə məhdudlaşmır və onların qarşısının alınması yalnız bir dövlətin imkanları çərçivəsində mümkün deyil. Azərbaycan prezidenti İlham Əliyev 17 sentyabr 2026-cı ildə TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində məhz bu məsələlərə diqqət çəkərək, kibertəhdidlərin, yeni qeyri-sabitlik ocaqlarının və beynəlxalq hüquq böhranının ortaq təhlükəsizlik gündəliyinin formalaşdırılmasını zəruri etdiyini bildirib. O, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi istiqamətləri ayrıca qeyd edib. Bu yanaşmanın mühüm cəhəti təhlükələr baş verdikdən sonra onlara reaksiya verməklə kifayətlənməmək, mümkün riskləri qabaqcadan müəyyənləşdirmək və qarşısının alınması üçün birgə mexanizmlər formalaşdırmaqdır. Təhlükəsizlik Şuraları katiblərinin görüşləri bu baxımdan strateji erkən xəbərdarlıq və məsləhətləşmə imkanlarını genişləndirir.

Burada onu da xatırladaq ki, 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün əsas mövzusu “Regional sülh və təhlükəsizlik” olub. Sammit zamanı TDT-nin artıq yalnız əməkdaşlıq platforması deyil, beynəlxalq münasibətlərdə artan çəkisi olan təşkilat kimi inkişaf etdiyi vurğulanıb. Qəbələ Sammitinin əhəmiyyəti ondan ibarətdir ki, təhlükəsizlik məsələsi təşkilatın ümumi inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi təqdim edildi. Azərbaycan Prezidentinin sammitdəki çıxışında sülh və təhlükəsizliyin dövlətlərin inkişafı üçün əsas şərtlərdən olduğu qeyd olunub. Həmçinin hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və 2026-cı ildə TDT üzv dövlətlərinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklif edilib. Qəbələ Sammitinin qəbul etdiyi Bəyannamə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənəd siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq və inteqrasiyanı əhatə edən yol xəritəsi kimi təqdim olunur. 2026-cı ilin sentyabrında TDT Təhlükəsizlik Şuraları katiblərinin toplantısında da Qəbələ Bəyannaməsinin üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün mühüm əsas yaratdığı vurğulanıb. Beləliklə, Qəbələ Sammitinin siyasi qərarları ilə Təhlükəsizlik Şuraları katiblərinin peşəkar səviyyədə apardığı müzakirələr arasında məntiqi bağlılıq yaranır. Dövlət başçıları səviyyəsində müəyyənləşdirilən strateji istiqamətlər sonrakı mərhələdə müvafiq təhlükəsizlik qurumlarının koordinasiyalı fəaliyyəti vasitəsilə konkret məzmun qazanır. 17 sentyabr 2026-cı ildə Bakıda keçirilən TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı bu prosesin davamı kimi diqqət çəkir. Toplantının ilk dəfə Azərbaycanda keçirilməsi ölkənin TDT çərçivəsində təhlükəsizlik gündəliyinə verdiyi önəmin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan prezidentinin toplantı iştirakçılarına müraciətində təhlükəsizlik şuraları arasında əməkdaşlığın Türk dünyasının inteqrasiya prosesinin siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, uzunmüddətli strateji xarakter daşıdığını göstərdiyi bildirilib. Bu toplantının mühüm tərəfi ondan ibarətdir ki, burada təhlükəsizlik məsələlərinə yalnız hərbi aspektdən yanaşılmır. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədən kibertəhlükəsizliyə, kritik infrastrukturun qorunmasından hibrid təhdidlərə qədər geniş spektrli məsələlər ümumi gündəliyin tərkib hissəsinə çevrilir. Belə yanaşma təhlükəsizliyin müasir anlayışına daha çox uyğun gəlir. Çünki XXI əsrdə dövlətin təhlükəsizliyi yalnız onun hərbi potensialı ilə ölçülmür. Nəqliyyat dəhlizlərinin sabitliyi, enerji və kommunikasiya infrastrukturlarının qorunması, informasiya sistemlərinin dayanıqlılığı, sərhəd təhlükəsizliyi və fövqəladə vəziyyətlərə hazırlıq da milli və regional təhlükəsizliyin mühüm elementləridir. TDT üzv ölkələrinin coğrafi mövqeyi də təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini artırır. Təşkilatın üzv dövlətləri Avropa ilə Asiyanı birləşdirən geniş məkanın mühüm hissəsini əhatə edir. Bu ölkələrin nəqliyyat və logistika potensialının artması, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin inkişafı və enerji əlaqələrinin genişlənməsi təhlükəsizlik məsələlərini iqtisadi əməkdaşlıqla daha sıx əlaqələndirir. Qəbələ Sammitindən sonra Azərbaycanın TDT-yə sədrliyi dövründə təhlükəsizlik istiqamətində həyata keçirilən işlər təşkilatın qərarlarının ardıcıl şəkildə icrasının vacibliyini göstərir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən Beşinci Toplantı bu baxımdan siyasi qərarlarla ekspert və institusional səviyyədə əməkdaşlıq arasında əlaqələndirici halqa rolunu oynayır. Azərbaycan prezidentinin müraciətində də Qəbələ Bəyannaməsinin üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün mühüm yol xəritəsi olduğu qeyd edilib.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ