Türkiyənin "Yenilik Partisi" iki partiya arasındakı ad oxşarlığı səbəbindən "Yeni Parti"nin adını dəyişməsi tələbilə Kassasiya Məhkəməsinə müraciət edib. Kassasiya Məhkəməsi isə "Yeni Parti"yə rəsmi bildiriş göndərərək adın dəyişdirilməsini tələb edib.
Lakin Kassasiya Məhkəməsi tərəfindən müəyyən edilmiş son müddətin yaxınlaşmasına baxmayaraq, "Yeni Parti" adını dəyişməmək qərarına gəlib. Sədr Özgür Özel verdiyi açıqlamada "Yeni Parti" adının artıq ictimaiyyət tərəfindən qəbul edildiyini bildirərək, "Biz onu dəyişməyəcəyik" deyə bəyan edib.
Məsələni Konstitusiya Məhkəməsinə daşıyacaqlarını bildirən Özel vurğulayıb ki, adı dəyişməyə məcbur olsalar, köklü dəyişiklik etməyəcəklər. O, partiyanın adından "yeni" sözünü çıxarmayacaqlarını qeyd edərək, potensial variant kimi "Türkiye'nin Yeni Partisi" adını misal çəkib. Bununla belə, yekun qərar Konstitusiya Məhkəməsinin hökmündən asılı olacaq və həmin qərarın yaxın aylarda elan edilməsi gözlənilir.
SAMİRƏ