Cümə günü, 06 noyabr 2026
     

Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

Image


Ermənistan Rusiya FSB sərhədçilərinin ölkənin Türkiyə və İranla sərhədlərindəki fəaliyyətini mərhələli şəkildə Ermənistan sərhədçiləri ilə əvəz etməyə çalışır. Baş nazir Nikol Paşinyan bildirib ki, bu proses Aİ-nin viza liberallaşdırılması tələbi ilə bağlı deyil və daha əvvəl başlayıb.

Paşinyanın sözlərinə görə, dövlət sərhədinin öz sərhədçiləri tərəfindən qorunması Ermənistanın suverenliyinin mühüm göstəricisidir. Hazırda Rusiya sərhəd xidmətinin Ermənistanda Gümrü, Armavir, Artaşat və Meğri dəstələri fəaliyyət göstərir. Ermənistan hakimiyyəti onların yerini tədricən öz sərhədçilərinin tutmasını planlaşdırır.

Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılması prosesində Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxarılması şərt kimi irəli sürülüb, yoxsa Ermənistan bu addımı özünün suverenlik siyasəti çərçivəsində və Aİ-nin konkret tələbindən asılı olmayaraq həyata keçirir?

Tofiq Abbasov: "Ermənistanın siyasəti dördüncü respublikanın qurulmasına xidmət edir"

Tofiq Abbasov:

Politoloq Tofiq Abbasov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın dövlət siyasəti həm 44 günlük Vətən müharibəsindən, həm də 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra daha ehtiyatlı və səksəkəli xarakter alıb. Onun sözlərinə görə, İrəvan bir sıra prinsipial məsələlərdə konkret mövqe ortaya qoymaq əvəzinə manevr etməyə, nə "hə", nə də "yox" deməyə üstünlük verir. Bu yanaşma isə Ermənistanın həm daxili, həm də xarici siyasətində qeyri-müəyyənliyi artırır.

Politoloq qeyd edib ki, Ermənistan öz dövlət suverenliyini və siyasi subyektivliyini tam şəkildə nümayiş etdirə bilsəydi, regionda bir sıra məsələlərin həlli daha sürətli mümkün olardı. Xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan nəticələrin daha geniş miqyas alması üçün İrəvanın prinsipial və ardıcıl siyasi mövqeyə ehtiyacı var. Lakin Ermənistanın müxtəlif məsələlərdə yarımçıq və ziddiyyətli mövqe nümayiş etdirməsi proseslərin uzanmasına səbəb olur.

Tofiq Abbasovun fikrincə, Ermənistanın xarici siyasətindəki bu manevrlər Moskva ilə münasibətlərdə də özünü göstərir: "Ermənistan gah Avrasiya məkanında qalmaq istəyir, gah Zəngəzur istiqamətində regional inteqrasiyadan danışır, gah KTMT-dən uzaqlaşmaq niyyətini ortaya qoyur, digər tərəfdən isə müəyyən prosedur tələblərini yerinə yetirir. Bu ziddiyyətli siyasət onun hansı strateji istiqaməti seçdiyi ilə bağlı suallar yaradır”.

Politoloq hesab edir ki, dövlət suverenliyinin əsas göstəricilərindən biri ölkənin öz sərhədlərinin təhlükəsizliyini və müdafiəsini təmin etmək imkanına malik olmasıdır. Onun sözlərinə görə, hər hansı dövlət təhlükəsizlik məsələlərində daim xarici güclərin qərarlarına bağlı vəziyyətdə qalırsa, bu, həmin ölkənin real siyasi manevr imkanlarını məhdudlaşdırır. O, Ermənistanın əvvəlki hakimiyyətləri dövründə də oxşar proseslərin baş verdiyini xatırladaraq bildirib ki, Serj Sarkisyanın prezidentliyi dövründə Avropa İttifaqı ilə assosiasiya istiqamətində aparılan siyasətin sonradan Moskvanın təsiri ilə dəyişdirilməsi Ermənistanın xarici siyasətindəki asılılığın göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

Abbasovun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyi əvvəlki dövrlərdən fərqli olaraq daha ciddi manevr imkanları yaratmağa çalışır. İrəvanın irəli sürdüyü müxtəlif təşəbbüslər, xarici siyasətdəki dəyişikliklər və yeni yanaşmalar mahiyyət etibarilə Ermənistanın yeni siyasi model axtarışında olduğunu göstərir. Bu prosesin son nəticədə "dördüncü respublika" konsepsiyası ətrafında formalaşan yeni dövlət modelinə xidmət edib-etməyəcəyi isə Ermənistanın atacağı konkret addımlardan asılı olacaq.

Politoloq hesab edir ki, Ermənistanın gələcək siyasəti yalnız bir istiqamətdə deyil, bütün əsas regional və beynəlxalq aktorlarla açıq dialoq əsasında müəyyənləşdirilməlidir. İrəvanın Moskva, Brüssel, Vaşinqton, Bakı və Ankara ilə münasibətlərinin hansı prinsiplər üzərində qurulacağı aydın şəkildə ortaya qoyulmalıdır. Xüsusilə Ermənistanın yeni dövlət modelinin əsas məqsədləri, qonşu ölkələrə münasibətdə prioritetləri və regional əməkdaşlıqla bağlı mövqeyi konkretləşdirilməlidir.

Tofiq Abbasov vurğulayıb ki, Ermənistan rəhbərliyi qərar qəbul edərkən yalnız öz ölkəsinin deyil, bütövlükdə Cənubi Qafqazın maraqlarını nəzərə almalıdır. Çünki artıq uzun illərdir region münaqişə, qarşıdurma və dağıdıcı siyasətin ağır nəticələri ilə üz-üzədir. Davamlı sülhün və regional sabitliyin təmin olunması üçün Ermənistanın qonşuları ilə münasibətlərini yeni reallıqlar əsasında qurması vacibdir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi beynəlxalq hüququn prinsiplərinə və regionda kommunikasiyaların açılmasına, o cümlədən Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının yaradılmasına açıq mövqe nümayiş etdirir. Lakin bunun üçün Ermənistanın da regionda yaranmış yeni reallıqları qəbul etməsi və əvvəlki dövrlərin qarşıdurma siyasətindən nəticə çıxarması lazımdır. Ermənistan həm özünün, həm də regionun gələcək təhlükəsizliyi və inkişafı naminə keçmişin ağır nəticələrini nəzərə almalı, yeni mərhələdə qarşılıqlı əməkdaşlıq və qonşuluq prinsiplərini əsas götürməlidir.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ