İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Tehran üçün TRIPP layihəsinin məqbul sayıla biləcəyi iki şərti açıqlayıb. Birinci şərt olaraq o qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü və milli suverenliyi heç bir şəkildə – istər TRIPP, istərsə də başqa bir ad altında həyata keçirilən layihə çərçivəsində – təhlükə altına düşməməlidir. İkinci şərtlə bağlı o vurğulayıb ki, amerikalıların və Amerika şirkətlərinin Ermənistan-İran sərhədi yaxınlığında, yəni İran sərhədi yaxınlığında – mövcudluğu İran İslam Respublikası üçün heç bir təhlükə yaratmamalıdır. "Əgər bu iki şərt yerinə yetirilərsə və Ermənistan bu və ya digər layihədən hər hansı gəlir və ya iqtisadi fayda əldə edərsə, İran İslam Respublikasının buna heç bir etirazı olmayacaq. Bu iki mühüm şərt təmin edildiyi təqdirdə, İranın müdaxilə etməsi üçün heç bir səbəb yoxdur. Hələlik biz sadəcə gözləyib, bu iki şərtin uzunmüddətli perspektivdə qorunub-qorunmayacağını müşahidə edə bilərik", – deyə iranlı diplomat bildirib.
SAMİRƏ