Cümə günü, 06 noyabr 2026
     

Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

Image


Ermənistanın siyasi həyatında hakimiyyətlə radikal millətçi və daşnak siyasi dairələri arasında yaranan qarşıdurmalar ölkənin daxili siyasi sabitliyi baxımından mühüm məsələ olaraq qalır. Bu qarşıdurmanın gələcəkdə daha da dərinləşməsi müxtəlif siyasi qüvvələr arasında kəskin qarşıdurmaya, cəmiyyətin qütbləşməsinə və dövlət institutlarına etimadın zəifləməsinə səbəb olacağı gözlənilir. Hətta siyasi qarşıdurmanın silahlı daxili müharibəyə çevriləcəyini gözləyənlər də var. İndi tərəflər biri-birinin mövqeyini zəiflətmək üçün ən radikal addımlara belə gedirlər. Qabaqlayıcı tədbirlər kimi Nikol Paşinyan hakimiyyəti əsas rəqiblərini inzibati metodlarla, kütləvi həbslərlə neytrallaşdırmağa çalışır. Müxalifətin aparıcı liderləri barəsində başlanan cinayət işləri, bəzilərinin həbsi də bunu təsdiq edir. Hakimiyyətin bu dəfə əsas hədəfində olanlaran biri isə daşnaklardır. Müxalifətin bu qanadında yer alanların fəaliyyətinə son qoyulması ilə bağlı hakim düşərgə təmsilçilərinin çağırışlarına daşnakrlar sərt reaksiya verir.

Hələlik isə görünən odur ki, Ermənistanda daxili siyasi mübarizənin əsas xətlərindən biri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətlə ənənəvi müxalifət qüvvələri, o cümlədən “Erməni İnqilabi Federasiyası - Daşnaksütyun” arasında münasibətlərin getdikcə daha kəskin xarakter almasıdır. Hakimiyyətin Azərbaycanla sülh prosesi, Ermənistanın xarici siyasəti, kilsə ilə bağlı addımları daşnaklar tərəfindən sərt etiraz və müxtəlif formada müqavimətlə qarşılanır. Bu məsələdə dünyanın müxtəlif yerlərinə səpələnən diaspor təşkilatları da daşnaklara geniş dəstək verir. Eyni zamanda Ermənistanın revanşist mövqedən çıxış edən qüvvələri də daşnakların yanında yer alır. Beləliklə, daşnakların Ermənistanda mövqelərinin o qədər də zəif olmadığı üzə çıxır. Elə bu da “Daşnaksütyun”un hakimiyyət və onun siyasəti üçün əsas təhdid mənbələrindən biri olduğunu nümayiş etdirir. Məhz qeyd edilən kontekstdə hakim düşərgədə daşnakların fəaliyyətinə son qoyulması ilə bağlı artıq konkret çağırışlar edilir. “Vətəndaş Müqaviləsi” fraksiyasından parlament deputatı olan Arman Yeqoyan qeyd edir: “Ermənistan hökuməti üzvlərinin yeni andiçmə mətninin preambulasında göstərilən məqsədlərə çatmaq üçün daşnakizm Ermənistanın siyasi düşüncəsindən kökünə qədər silinməlidir. Daşnakizm birmənalı şəkildə məhv edilməlidir. Kristine Vardanyan sonuncu daşnak olmalıdır. Bu, Ermənistan Respublikasının davamlı mövcudluğu, müstəqilliyi və suverenliyi üçün fundamental şərtdir. Erməni düşüncəsində daşnaklara yer olmamalı, onlar sıralarımızdan silinməlidir”.

Qeyd edək ki, “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna edilən dəyişikliklər hakimiyyətlə müxalifət, o cümlədən daşnaklar arasında kəskin ziddiyyətə yol açıb. Bu qanunda hökumət üzvlərinin andiçmə mərasimi, bu zaman istifadə edilən mətn də yer alır. Hakim düşərgə mətndə müəyyən dəyişikliklər təklif edir. Ədliyyə Nazirliyi andiçmə zamanı, mövcud qanunda qeyd edildiyi kimi, “milli məqsədlərin həyata keçirilməsi və vətənin möhkəmləndirilməsi naminə” ifadələrindən deyil, “Ermənistan Respublikasının əbədiliyi, müstəqilliyi, suverenliyi və inkişafı naminə” ifadəsindən istifadəni təklif edib. Başqa sözlə, “vətən” və “milli məqsədlər” ifadələri tamamilə çıxarılıb. Həmçinin “vətən” sözü “Ermənistan Respublikası” sözü ilə əvəz edilib. Müxalifət iddia edir ki, hakim partiyanın “vətən” və “milli məqsədlər” sözləri ilə bağlı problemi var. “Vətəndaş Müqaviləsi” Partiyası isə vətənin məhz Ermənistan Respublikası olduğunu bəyan edir ki, bununla da müxalifət, o cümlədən daşnaklar razılaşmır. Arman Yeqoyanın barəsində bəhs etdiyi müxalifətdəki “Hayastan” fraksiyasından olan daşnak parlament üzvü Kristine Vardanyan isə iddia edir ki, hakimiyyət bu və digər məqsədləri üçün daşnakları fiziki olaraq belə məhv etməyə hazırdır: “Nə qədər qəribə görünsə də, cənab Yeqoyan, səmimiyyətinizə və maskalarınızı cırdığınıza görə təşəkkür edirəm. Sən gənc bolşeviksən və bolşevik düşüncə tərzinə malik birisən. Bizi müxtəlif formada məhv etməyə can atırsınız. Amma “Daşnaksütyun” partiyasına və onun ideologiyasına qarşı nə qədər mübarizə aparsanız da, o, yalnız güclənəcək. Siz bu kürsüdən sözün əsl mənasında və sözbəsöz faşist çıxışı etdiniz. Bəli, bəziləri bizi məhv etmək istəyir. Amma onlar buna nail ola bilmədikləri kimi, siz də uğur qazana bilməyəcəksiniz”. Daşnakların tarixinə nəzər saldıqda, onların hakimyyətə yönəlik hədələrinin sadəcə söz yığını olmadığı qənaətinə gəlmək mümkündür. Xatırladaq ki, “Erməni İnqilabi Federasiyası - Daşnaksütyun” 1890-cı ildə Tiflisdə yaradılmış erməni millətçi və sol təmayüllü siyasi partiyadır. Bu təşkilat, xüsusilə radikal millətçi ideologiyası, separatizm fəaliyyətləri və törətdiyi terror aktları, təxribatlar və sui-qəsdlərlə tanınır. Onun fəaliyyətindən, terror aktlarından ən çox zərər çəkənlərdən biri isə Azərbaycan və Türkiyə olub. Ermənistan daxilində də müxtəlif vaxtlarda daşnaklara bağlı cinayətlərin olması nəzərə alınarsa, onların indi də eyni metodlara əl ata biləcəkləri istisna deyil. Hesab edilir ki, hakimiyyət daşnaklara qarşı mövqeyini daha da sərtləşdirsə, daşnakların buna terror və ya sui-qəsdlərlə, təxribatlarla cavab verməsi tamamilə mümkündür. Bu da Ermənistanda artıq daxili qarşıdurmaya yol açmaq iqtidarındadır.

“Hayastan” blokundan parlament üzvü Lılıt Qalstyan qeyd edir: “Hakim komanda “Daşnaksütyun”a qarşı fikirləri alqışlarla qarşılayır. Çünki hakim komanda sadəcə faşist xuntasıdır. Demokratik ölkədə bir siyasi qüvvənin və ya hətta fərdlərin ləğvindən danışıb sonra bunu necə alqışlamaq olar? Siyasi kimliyin mahiyyəti budur. Amma “Daşnaksütyun”un məhvi mümkün deyil, buna cəhdə sərt müqavimət olacaq”. “Daşnaksütyun” parlamentdə sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunda 6 deputatla təmsil olunur. İstənilən halda görünən odur ki, hakimiyyətlə daşnak siyasi dairələri arasında qarşıdurmanın dərinləşməsi Ermənistan üçün ciddi siyasi və ictimai risklər yaradır. Bununla belə, bu prosesin daxili savaşa çevrilməsi əvvəlcədən müəyyən edilmiş nəticə deyil. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini siyasi institutların dayanıqlığı, təhlükəsizlik strukturlarının davranışı, cəmiyyətin qütbləşmə səviyyəsi və siyasi qüvvələrin kompromis imkanlarından istifadə edib-etməməsi müəyyənləşdirir. İndi Ermənistanın gələcək sabitliyi baxımından əsas məsələ siyasi rəqabətin zorakılıqdan uzaq, qanuni və institusional çərçivədə saxlanılmasıdır. Amma daşnakların buna gedəcəyi inandırıcı görünmür. Elə bu da Ermənistan daxilində vəziyyətin daha da gərginləşəcəyini istisna etmir.

RAMİL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ