Vahid Rusiya Partiyasının Voronej Vilayət Dumasının deputatı Sergey Lukinin ailəsinin Dubayda 76 mənzilə sahib olduğu aşkar edilib. FBK və VorNadzor layihəsi əmlakların ümumi dəyərini 194,8 milyon dirhəmdən (53 milyon dollardan çox) çox qiymətləndirib.
Korrupsiya ilə Mübarizə Fondunun araşdırmaçısı Georgi Alburovun sözlərinə görə, Əmlaklar deputatın oğlu Aleksandr və keçmiş həyat yoldaşı Vera Lukinanın adına qeydiyyatdan keçib. Müstəntiqlər hesab edirlər ki, əmlakın bir hissəsi deputatın mülkiyyətini gizlətmək üçün keçmiş həyat yoldaşının adına qeydiyyatdan keçirilib.
Dubayın ən bahalı əmlaklarından bəziləri Palm Jumeirahdakı Six Senses Residences The Palm kompleksində yerləşir. Vera Lukinanın orada ümumi dəyəri təxminən 15 milyon dollar olan sahəsi 483, 355 və 199 kvadratmetr olan üç mənzili var. Başqa bir əmlak isə Peninsula Four kompleksində yerləşir. 2023-cü ilin mart ayında Vera Lukina bir gündə bir mərtəbədə 12 mənzil, digər üç mərtəbədə isə bir neçə mənzil alıb.
Deputatın oğlu Aleksandr Lukin də böyük daşınmaz əmlak alışı həyata keçirib. O, bir gündə Five Luxe kompleksində 5,5 milyon dollardan çox dəyərində əmlak alıb. "Voronej pərdəarxası" layihəsi əvvəllər Vera Lukinanın eyni kompleksdə ən azı səkkiz mənzilə sahib olduğunu bildirmişdi. Müstəntiqlər Luma21 kompleksində Vera və Aleksandr Lukinə məxsus daha 15 mənzil və UH West by Ellington-ın 17-ci mərtəbəsində deputatın oğlunun adına olan 11 mənzil aşkarlanıb.
Sergey Lukin 2013-cü ildən 2025-ci ilə qədər Voronej vilayətini Federasiya Şurasında təmsil edib, daha sonra Voronej Vilayət Dumasının deputatı olub. O, Tikinti Siyasəti, Mənzil və Kommunal Xidmətlər, Energetika və Tariflər Komitəsinə sədrlik edir. Siyasətə başlamazdan əvvəl Lukin Voronej Ev Tikinti Zavoduna rəhbərlik edib.
Tahir TAĞIYEV