Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanda şirətlərə qarşı hücumlarla bağlı növbəti hədəflər Rusiyanın buradakı sənaye və infrastruktur müəssisələri ola bilər.
O, İrəvana Rusiya müəssisələrinə qarşı korporativ basqınlarla bağlı xəbərdarlıq edib.
"Rusiya bizneslərinin respublikada on minlərlə iş yeri yaratdığını və aktivlərini qanuni şəkildə effektiv şəkildə idarə etdiyini, Ermənistanın ÜDM-inə əhəmiyyətli töhfə verdiyini nəzərə alsaq, bu cür taktikalar Ermənistan iqtisadiyyatı üçün öz "ayağıdan güllələmə" mənasına gəlir" – deyə Təhlükəsizlik Şurasının mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Şevtsovun qeyd edib ki, respublikadakı yerli sənaye və infrastruktur müəssisələrinin növbəti hədəf ola biləcəyinə dair əlamətlər var. O, bildirib ki, Ermənistandakı Rusiyanın sənaye və infrastruktur müəssisələri "basqın hücumları" üçün yeni hədəflərə çevrilə bilər.
Bir gün əvvəl Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu problemi vurğulayaraq bildirib ki, İrəvan Moskvanın milyardlarla dollar sərmayə qoyduğu obyektləri düşməncəsinə ələ keçirir. Şoyqu qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə qarşı qeyri-dost yanaşma və açıq-aşkar "ikili standartlar" tətbiq olunur və Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisələrə və bütün sənaye sahələrinə olanlar "düşməncə ələ keçirmədən" başqa bir şey deyil.
Şoyqu xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistanı iqtisadi və enerji böhranından xilas edib və AİB-ə üzv olduğu on il ərzində Ermənistan iqtisadiyyatı təxminən üç dəfə artıb.
Tahir TAĞIYEV