ABŞ və İran arasında hərbi gərginlik davam etdikcə, Hörmüz boğazında da təhlükəsizliklə bağlı narahatlıqlar artır.
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından qanunsuz keçməyə çalışan Toqo bayrağı altında üzən tankeri vurduğunu açıqlayıb.
Hücumdan sonra gəmidə yanğın baş verdiyi bildirilən açıqlamada, tankerin ABŞ ordusu tərəfindən "təhrik və aldadıldığı" üçün Hörmüz boğazından keçməyə çalışdığı iddia edilib.
Aşılamada İranın Hörmüz boğazına nəzarət etdiyi vurğulandı və xəbərdarlıq edilir: "Hörmüz boğazından qanunsuz keçmək cəhdləri yalnız qanunu pozan gəmilərin məhv edilməsi ilə nəticələnəcək".
Tahir TAĞIYEV