Türk hərbçisi, keçmiş Xüsusi Təyinatlı Qüvvələr zabiti və Milli Kəşfiyyat Təşkilatının (MİT) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun ölümü ilə bağlı 4 şübhəlinin gözaltına alınmasının ardından "Kurtlar Vadisi Pusu" serialı ilə əlaqəli məqamların da araşdırılmasına başlanılıb.
CNNTürk-ün xəbərinə görə, serialın ssenaristləri ifadə verməyə çağırılıb və illər əvvəl yayımlanmış bəzi səhnələrlə bağlı suallar ortaya çıxıb. Həmin səhnələrdən biri serialın 159-cu bölümündə yer alan və üzərində "Erdoğan" adı yazılmış məzar daşı ilə bağlı olub.
İllər sonra həmin səhnə Kaşif Kozinoğlu ilə bağlı istintaqda maraq doğuran mövzuya çevrilib. Silivri Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində serialın müxtəlif bölümlərindəki bəzi səhnələr tədqiq edilir.
Bəs, məhz niyə həmin məzar daşı seçilmişdi? Bununla hansısa mesajmı verilmək istənirdi? Hazırda bu suallara cavab axtarılır...
SAMİRƏ