Cümə günü, 18 sentyabr 2026
     

Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

Image


44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən 6 il Azərbaycanın müasir tarixinə möhtəşəm, qürurverici səhifələrin yazılmasına şahidlik edib. Bu gün Azərbaycanda 20 sentyabr tarixi Prezident İlham Əliyevin sərəncamları ilə həm Dövlət Suverenliyi Günü, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qürurla qeyd edilir. Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də rəşadətli ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz dövlət suverenliyini tam bərpa etdi. Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərksilah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızı ucaltdı. Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bu çağırışı etdi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xankəndinin, Xocalının, Xocavəndin və Ağdərənin həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin suverenliyimizin tam bərpasından ötən üç ildə Xankəndiyə 16, Xocavəndə 12, Xocalıya 13, Ağdərəyə 4 səfəri bu torpaqlarda görülən işlərin aydın mənzərəsini yaradır. Bircə faktı qeyd etmək kifayətdir ki, keçmiş məcburi köçkünlərin qayıtdıqları 10 şəhər sırasında Xankəndinin, Xocalının və Xocavəndin də adları var. 2023-cü il noyabr ayının 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Ali Baş Komandan İlham Əliyev paraddakı çıxışında bildirdi ki, bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin hər bir çıxışı şanlı Qələbəmizin yaratdığı reallıqlar əsasında Azərbaycanın növbəti zəfərlərə doğru inamlı addımlarının, hər bir hədəfə ardıcıllıqla nail olmasının təqdimatıdır. Keçirilən hərbi paradların hər biri Azərbaycan Ordusunun gücünün, qüdrətinin, döyüş ruhunun təqdimatı olsa da, tarixi Zəfərimizdən sonrakı dövrdə keçirilən paradların bir özünəməxsusluğu, fərqliliyi vardır. Prezident İlham Əliyevin tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.

Vüqar Rəhimzadə vurğulayıb ki, suverenliyimizin tam bərpasından sonra sakinlərinə qovuşan ilk şəhər Xocalı şəhəri oldu. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 28 may 2024-cü il tarixində Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Görüşdə “Bu gün, əslində, Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır: “Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır”.

Son üç ildə Xocalıda, Xankəndidə, Xocavənddə və Ağdərədə aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Ali Baş Komandan İlham Əliyevin bu torpaqlara hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıqla yadda qalır. Hər zaman qeyd etdiyimiz kimi, artıq Qarabağımız və Şərqi Zəngəzurumuz diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu bölgələrdə müxtəlif mövzularda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin bir məqsədi var-Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqları təqdim və təsdiq etmək. Bu məkanlardan Qarabağın və Şərqi Zəngəzurun malik olduğu imkanlar dünyaya təqdim edilir. Həmçinin Azərbaycanın bu torpaqlarımızdan dünyaya sülh, əməkdaşlıq çağırışlarının edilməsi hər birimizdə böyük qürur hissi keçirir. Azərbaycanın azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri ölkəmizin müasir şəhərsalma təcrübəsinin təqdimatında öz sözünü deyir. Bu baxımdan Azərbaycan Milli Şəhərsalma forumları xüsusi əhəmiyyət daşıyır ki, onlardan birinə Xankəndi şəhəri ev sahibliyi edib. Digər ikisi isə Ağdam və Zəngilan şəhərlərində keçirilib. Ötən il Xankəndi şəhərində Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu ilə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, həmçinin III Şuşa Qlobal Media Forumu da keçirilmişdir.

Millət vəkili bildirib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdı. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. 2024-cü ilin 20 sentyabr tarixində Qarabağ Universitetinin təmirdən sonra açılışı oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, azad edilmiş ərazilərimizdə görülən işləri sadalamaqla bitməz. Zəfərimizin, suverenliyimizin bərpasının əbədiləşdirilməsinə xidmət edən şəhər günlərinin təsis edilməsi əslində bir hesabat xarakteri daşıyır. Hər bir şəhər günündə keçilən yola nəzər salınır, bu gün tarixi sahibinə qayıdan torpaqlarımızın 30 illik işğal dövründə yaşadığı faciələr xüsusilə indiki və gələcək nəsillərə çatdırılır. Bunları unutmağa haqqımız yoxdur. Prezident İlham Əliyevin çağırışlarında qeyd olunduğu kimi, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq.

Millət vəkili bildirib ki, artıq Qarabağımızda və Şərqi Zəngəzurumuzda yeni həyat başlayıb. Bu torpaqlara hər gün mərhələ-mərhələ soydaşlarımızın qayıdışına şahidlik etməkdən böyük qürur hissi keçiririk. Bu gün 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır, işləyir, təhsil alır. Bu statistika Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarının şəhər və kəndlərinə qayıdış göstəricilərində də yüksəkdir. Cari ilin 17 avqust tarixinədək Xankəndi şəhərinə 76 ailə, 332 nəfər, Xocalı şəhərinə 144 ailə, 651 nəfər, Xocavənd şəhərinə isə 413 ailə, 1.614 nəfər qayıdıb. Bu rəqəmlər hər gün yenilənir. Bu, Böyük Qayıdış Proqramının uğurlu icrasının əsas göstəricilərindəndir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

17.09.2026 / 14:09
102-ci baza “boyun əti“ kimi dəri üstündə qalıb – nə Rusiya gedir, nə də Paşinyan tələb qoyur...

17.09.2026 / 14:07
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 13:46
Prezident: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

17.09.2026 / 13:45
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" - Prezident

17.09.2026 / 13:38
Bakıda TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib

17.09.2026 / 13:36
"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır" - Prezident

17.09.2026 / 13:34
Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

17.09.2026 / 13:31
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident

17.09.2026 / 13:25
Prezident: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

17.09.2026 / 13:21
Səudiyyə hüsilərlə savaşda problemlə qarşılaşdı – ölkənin HHM raketləri tükənir…

17.09.2026 / 13:20
"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - Prezident

17.09.2026 / 13:16
Prezident İlham Əliyev: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

17.09.2026 / 13:11
"TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" - Prezident

17.09.2026 / 13:03
İngiltərədə bir kənd ölkədən ayrılmaq qərarı verdi…

17.09.2026 / 12:57
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər - FOTO

17.09.2026 / 12:54
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu

17.09.2026 / 12:48
Putinin "Rusiya Qəhrəmanı" titulu verdiyi general Ukraynada öldürüldü…

17.09.2026 / 12:31
Avropada Ukraynaya sursat tədarük edən müdafiə zavodu bir həftədə ikinci dəfə yan(dırıl)dı…

17.09.2026 / 12:19
Qarabağda Alban irsi: Epiqrafik saxtalaşdırmalar və tarixi həqiqətlərin bərpası

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ