ABŞ mediasının məlumatına görə, ABŞ hakimiyyəti gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün İran nümayəndə heyətinin üzvlərinə, o cümlədən Prezident Məsud Pezeşkian və Xarici İşlər naziri Abbas Araqçiyə viza verəcək.
NBC News bir mənbəyə istinadən xəbər verir ki, Pezeşkian və Araqçi Amerika vizalarını alan nümayəndə heyətinin tərkibində olacaqlar.
ABŞ Dövlət Departamenti BMT tədbirlərində iştirak etmək üçün vizaların İranın "əsas nümayəndə heyətinin" üzvlərinə veriləcəyini dəqiqləşdirib. Lakin İranın Baş Assambleyadakı nümayəndə heyəti ötən ilə nisbətən daha az olacaq.
Tahir TAĞIYEV