Cümə günü, 06 noyabr 2026
     

Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

Image


Qasım Hacıyev: “Birinci Pyotra göndərilən məktubda həmin ərazidə yaşayan əhalinin albanlar olduğu, eyni zamanda bu fakt Potyomkinə Qarabağ məliklərinin yazdığı məktublarda da bu əksini tapıb”

Qarabağın xristian məlikləri barədə çox yazılıb, onlar milli mənşəcə alban olublar. Qarabağın xristian məlikləri və ya Xəmsə məliklikləri - XVIII əsrdə Qarabağın dağlıq hissəsində mövcud olmuş beş xristian feodal qurumu (məliklik) idi.

Əvvəlcə onu deyək ki, “Xəmsə" ərəbcə "beş" deməkdir. Bu məlikliklər bunlar idi:

Xaçın, Dizaq, Vərəndə, Çiləbörd, Gülüstan (və ya Talış).

Tarixi mənbələrə görə, bu məliklər Qafqaz Albaniyasının xristian əhalisinin (alban-xristian və ya xristian türk tayfalarının nümayəndələri) törəmələri idi və Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində fəaliyyət göstərmişdilər. Məliklərin xristian olmasına baxmayaraq, çoxunun müsəlman-türk mənşəli adlar daşıması (Məlik Həsən, Məlik Şahnəzər, Məlik Allahqulu və s.) onların yerli türk-alban kökləri ilə bağlı izah olunur.

XVIII əsrin ortalarında Pənahəli xan Cavanşir tərəfindən Qarabağ xanlığının güclənməsi nəticəsində tədricən xanlığın hakimiyyəti altına tabe ediliblər.

Tarixdən məlumdur ki, XVIII əsrdə Qarabağ xristianlarında alban kimliyi və şüuru hələ də davam edirdi. Onlar rus çarı I Pyotra göndərilən məktubda özlərini udi millətindən olan agvanlar kimi təqdim edirdilər. Qarabağ məlikləri isə Potyomkinə göndərdikləri məktubda özlərini alban hökmdarlarının nəsillərinin davamçıları adlandırırdılar. Bu dövrdə Albaniyanın qısa tarixi əsəri də yazılıbdır.

Bu dövrdə Qarabağın dağlıq hissəsində yaşayan xristian məliklər və ruhanilər özlərini etnik və siyasi baxımdan erməni deyil, məhz qədim Qafqaz Albaniyasının və Alban kilsəsinin varisləri hesab edirdilər.

Bu tarixi reallığı sübut edən əsas faktlar çoxdur. Bunu Rus çarlığına göndərilən rəsmi məktublarda sübut edir.

XVIII əsrin əvvəllərində (xüsusilə Xəzər yürüşü ərəfəsində) Qarabağ məlikləri rus çarı I Pyotra və daha sonra II Yekaterinaya çoxsaylı müraciətlər ünvanlayıblar. 1723-cü ilin mart ayına aid rəsmi sənədlərdə Qarabağ xristian rəhbərləri özlərini udimənşəli "aqvanlar" (albanlar) kimi təqdim edirdilər. Onlar Rusiyanın nüfuzlu dövlət xadimi general Qriqori Potyomkinə yazdıqları məktublarda özlərini qədim alban hökmdarlarının birbaşa nəsli və varisləri adlandırırdılar.

Bu amil tarixi və siyasi baxımdan bir neçə mühüm məqamı ortaya qoyur.

Qarabağ məliklərinin (məsələn, Xaçın, Dizak, Varanda, Çiləbörd və Gülüstan məlikləri) mənşəcə Qafqaz Albaniyası əsilzadələrinə və xristian alban tayfalarına dayandığını göstərir. Onlar özlərini bölgənin yerli xristian-alban irsinin daşıyıcıları hesab edirdilər.

XVIII əsrin II yarısında Rusiya imperiyasının Cənubi Qafqaza yürüşləri fonunda Qarabağ məlikləri Potyomkinə müraciət edərək Rusiyanın himayəsi altında regionda xristian alban dövlətçiliyini (bəzən layihələrdə "Alban çarlığı" və ya "Alvaniya" adlandırılırdı) bərpa etməyə çalışırdılar.

Bu dövr, XIX əsrin əvvəllərində (Xüsusilə 1836-cı ildə Rusiya tərəfindən Alban Katolikosluğunun ləğv edilərək Eçmiədzin erməni kilsəsinə tabe etdirilməsindən) əvvəlki dövr olduğu üçün, Qarabağ məlikləri hələ tam erməniləşdirilməmişdi və öz tarixi alban kimliklərini qoruyub saxlayırdılar. Bu məktublaşmalar Azərbaycanın orta əsrlər və erkən yeni dövr tarixinin, xüsusilə də Qarabağın xristian irsinin Qafqaz Albaniyasına məxsus olduğunu sübut edən mühüm arxiv sənədlərindən sayılır.

XVIII əsrdə Qarabağda yerləşən Gəncəsər monastırı Alban Katolikosluğunun baş mərkəzi statusunu qoruyub saxlayırdı. Bu kilsə mərkəzi Erməni Eçmiədzin kilsəsindən müstəqil şəkildə fəaliyyət göstərir və bütün regionun alban-xristian əhalisinin dini-mədəni kimliyini tənzimləyirdi.

Gəncəsər katolikosları (məsələn, Həsən-Cəlal nəsli) öz xristian icmalarını məhz "Alban kilsəsinin dindarları" kimi idarə edirdilər.

Qarabağda mövcud olan beş məlikliyin (Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Gülüstan) əhalisi və rəhbərliyi gəlmə ermənilərdən tamamilə fərqlənirdi. Tarixi mənbələr və sənədlər təsdiq edir ki, İrandan və digər regionlardan köçən ermənilər yerli Qarabağ xristianlarının (albanların) dilini və geyimlərini başa düşmürdülər. Hətta ermənişünas akademik İosif Orbeli öz tədqiqatlarında Qarabağ xristianlarının məişətində və yer adlarında (toponimlərində) türk-alban elementlərinin dominant olduğunu qeyd etmişdir.

Qarabağ xristianlarının alban şüuru və müstəqil kilsə kimliyi 1836-cı ilə qədər davam etdi. Həmin il Rusiya imperiyasının rəsmi fərmanı ilə Alban Katolikosluğu ləğv edildi və onun bütün mülkləri, kilsələri, arxivləri Erməni Qriqoryan Kilsəsinə tabe etdirildi. Məhz bu inzibati-dini qərardan sonra yerli alban əhalinin qriqorianlaşdırılması və sürətlə erməniləşdirilməsi prosesi başlandı.

Akademik Yaqub Mahmudov müsahibələrindən birində qeyd edib ki, Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır: “Albaniyanın saf və əsl tarixi Kəlbəcərdədir. Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “ağvan müsəlmanları”, “Alban Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib”.

Tarix elmləri doktoru, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, vaxtilə Qarabağda yaşayan etnosların, tayfaların ən böyüyü albanlar idi.

“Ora Uti vilayəti, Uti nahiyəsi adlandırılırdı. Bu da Albaniya dövründə Moyisey Kalankatlının “Albaniya tarixi” əsərində öz əksini tapıb. Sonrakı dövrlərdə də albanlarla bağlı yazılar meydana çıxıb. Yəni Birinci Pyotra göndərilən məktubda həmin ərazidə yaşayan əhalinin albanlar olduğu, eyni zamanda bu fakt Potyomkinə Qarabağ məliklərinin yazdığı məktublarda da bu əksini tapıb. O məktublarda onların ağvanlar (albanlar) olduğu açıq şəkildə göstərilir. Nə ağvan, nə alban, nə də Uti sözü erməni mənşəli deyil, türk mənşəli alban xalqının tarixi adıdır. Ona görə də bu faktlar özünü sözügedən məktublarda da tapıb”.

Q.Hacıyev qeyd etdi ki, ortada bu qədər tarixi faktlar, məktublar, sənədlər olduğu halda ermənilər cəfəngiyyatlardan, saxtakarlıqdan əl çəkməyiblər. “Ayvazyan da, digər erməni “tarixçiləri” də bu barədə çoxlu saxta yazılar yazıblar. Onlar çox cəhdlər göstəriblər ki, Qarabağda yaşayan əhalinin alban deyil, erməni olduğunu sübut etsinlər, amma bu sübut olunmayıb, ermənilərin yazıdıqları saxtakarlıqlar bilinir. Çünki adlarını çəkdiyimiz məktublarda, yazılarda faktlar öz əksini tapır. Hətta bu “Qarabağın qızıl tarixi oçerki” əsərində də öz əksini tapıb, orada yaşayan xalq, etnos haqda məlumat var.

Ancaq burada bir məsələni də qeyd edim ki, Qəbələ ərazisində yaşayan udilər utilər deyil. Qarabağda yaşayan utilər (antik dövrdə və erkən orta əsrlərdə) mövcud olub, amma Qəbələ ərazisində yaşayan udilər isə başqa alban tayfasına aiddir. Müasir dövrümüzə qədər onlar öz yaşayışlarını davam etdirirlər.

Ermənilərin hər dəfə Qarabağ və albanlar haqqında yazıdları cəfəngiyyatlar dəlillərlə, sübutlarla, faktlarla ifşa edilir, yalanları hər zaman üzə çıxarılır”-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ