Prezident Vladimir Putin Dövlət Dumasının doqquzuncu çağırış seçkilərində məsafədən elektron səsvermə sistemindən istifadə edərək səs verib.
"RİA Novosti"nin məlumatına görə, dövlət başçısı Kreml-dəki iş otağından səs verərək elektron səsvermə formatından altıncı dəfə istifadə edib. Prezident ilk dəfə Dövlət Duması seçkilərində onlayn qaydada 2021-ci ilin sentyabrında səs vermişdi. Daha sonra Vladimir Putin bələdiyyə seçkiləri, Moskva meri seçkiləri və 2024-cü ilin martındakı prezident seçkiləri zamanı da məsafədən səsvermə formatını seçib. Həmin ilin sentyabrında isə o, Novo-Oqaryovodakı iqamətgahından Moskva Şəhər Dumasına seçkilərdə onlayn səs verib.
SAMİRƏ