Cümə günü, 06 noyabr 2026
     

Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

Image


Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərək təşkilatın beynəlxalq nüfuzunun və təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı Türk dünyasının Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu, TDT ölkələri ilə siyasi, iqtisadi və investisiya əlaqələrinin genişləndiyini bildirib. O, mövcud və mümkün təhdidlərə, o cümlədən ideoloji təxribatlara və informasiya təsirlərinə qarşı birgə mübarizənin vacibliyini qeyd edib.

Əliyev TDT çərçivəsində xüsusilə gənclər arasında əməkdaşlığın gücləndirilməsini vacib sayıb və təşkilatın beynəlxalq arenada daha güclü, aparıcı qurumlardan birinə çevrilməsi üçün geniş imkanların olduğunu bildirib.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada rolunun və mövqeyinin gücləndirilməsini əsas vəzifələrdən biri kimi qeyd edib. TDT hansı konkret addımlar və mexanizmlər vasitəsilə beynəlxalq siyasətdə daha təsirli və nüfuzlu təşkilata çevrilə bilər?

Bəhruz Quliyev: "TDT-nin beynəlxalq siyasətdə daha təsirli təşkilata çevrilməsi üçün qəbul edilən qərarların konkret mexanizmlərlə təmin olunması vacibdir"

Bəhruz Quliyev: Azərbaycan xalqı öz Ali Baş Komandanına, Ordusuna güvənir - AZƏRTAC

"Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatının gündəliyi artıq yalnız siyasi, iqtisadi və mədəni əməkdaşlıqla məhdudlaşmır. Təhlükəsizlik məsələlərinin ayrıca və sistemli müzakirə olunması Türk dünyasının qarşısında duran yeni çağırışlara adekvat cavab vermək baxımından mühüm mərhələdir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "Bakı-Xəbər" qəzetinə açıqlamasında deyib. Ekspert qeyd edib ki, TDT-nin beynəlxalq siyasətdə daha təsirli təşkilata çevrilməsi üçün, ilk növbədə, qəbul edilən qərarların konkret mexanizmlərlə təmin olunması vacibdir. Bunun üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır.

Birincisi, ortaq təhlükəsizlik mexanizmləri daha da institusionallaşdırılmalıdır. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid və kiber təhdidlər üzrə operativ informasiya mübadiləsi, birgə təlimlər və koordinasiya mexanizmləri yaradılmalıdır. Prezident İlham Əliyev də məhz bu sahələrdə əməkdaşlığın ortaq təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət etdiyini vurğulayıb.

İkincisi, informasiya və kibertəhlükəsizlik TDT-nin ayrıca strateji istiqamətinə çevrilməlidir. Müasir dövrdə dövlətlərə qarşı təhdidlər yalnız hərbi vasitələrlə deyil, informasiya manipulyasiyaları, dezinformasiya, kiberhücumlar və ideoloji təsirlər vasitəsilə də həyata keçirilir. Bu baxımdan TDT ölkələrinin aidiyyəti qurumları arasında vahid informasiya təhlükəsizliyi platformasının yaradılması mühüm nəticələr verə bilər.

Üçüncüsü, ortaq diplomatik mövqelərin əlaqələndirilməsi gücləndirilməlidir. Bu, bütün məsələlərdə vahid mövqe demək deyil. Lakin Türk dövlətlərinin ümumi maraqlarına toxunan məsələlərdə əvvəlcədən məsləhətləşmələrin aparılması və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin koordinasiyası TDT-nin siyasi çəkisini artıra bilər.

Dördüncüsü, Orta Dəhliz və nəqliyyat-logistika təhlükəsizliyi strateji prioritet kimi nəzərdən keçirilməlidir. TDT məkanının Avropa ilə Asiya arasında mühüm bağlantı xəttinə çevrilməsi təşkilata yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət qazandırır. Təşkilat çərçivəsində nəqliyyat, enerji və kritik infrastrukturun təhlükəsizliyi üzrə koordinasiya mexanizmlərinin genişləndirilməsi vacibdir. TDT-nin əvvəlki təhlükəsizlik toplantılarında da Orta Dəhlizin nəqliyyat və logistika infrastrukturunun təhlükəsizliyi müzakirə olunub.

Beşincisi, gənclər və intellektual əməkdaşlıq ayrıca prioritet olmalıdır. Çünki Türk dünyasının gələcək siyasi və iqtisadi çəkisi yalnız dövlətlərarası əlaqələrdən deyil, yeni nəslin ortaq düşüncə və əməkdaşlıq mühitinin formalaşmasından da asılıdır. Təhsil, elm, texnologiya, süni intellekt, media və startap ekosistemləri üzrə ortaq proqramlar bu istiqamətdə mühüm rol oynaya bilər. "Hesab edirəm ki, TDT-nin qarşısında duran əsas məsələ artıq "Türk dövlətləri birlikdə nə edə bilər" sualından daha çox, "mövcud imkanları hansı institusional mexanizmlərlə nəticəyə çevirə bilərik" sualıdır.

Azərbaycanın bu prosesdə fəal mövqe tutması təsadüfi deyil. Son günlər Bakıda TDT ölkələrinin dini liderlərinin, ardınca isə təhlükəsizlik şuraları katiblərinin toplantılarının keçirilməsi Türk dünyasının müxtəlif sahələr üzrə institusional əməkdaşlığının genişləndiyini göstərir. TDT-nin rəsmi təqvimində də təhlükəsizlik, daxili işlər, prokurorluq, müdafiə sənayesi və digər istiqamətlər üzrə ardıcıl toplantıların keçirilməsi bu əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir.

Düşünürəm ki, güclü TDT yalnız siyasi bəyanatlarla deyil, koordinasiya edən, məlumat paylaşan, böhranlara birlikdə reaksiya verən və üzv dövlətlərin ortaq maraqlarını beynəlxalq platformalarda daha effektiv şəkildə ifadə edən institusional bir struktur kimi formalaşa bilər. Bu isə Türk dünyasının beynəlxalq münasibətlər sistemində çəkisinin artmasına xidmət edən mühüm amil ola bilər", - deyə B.Quliyev əlavə edib.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ