Cümə günü, 06 noyabr 2026
     

Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

Image


Qulamhüseyn Əlibəyli: “Bu, format əslində çoxtərəfli nəticə yaradır və TDT-nın inkişafını stimullaşdıran amilə çevrilir”

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətinin əsas prioriteti Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsidir. Çünki Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələr ilə ikitərəfli formatda fəal əməkdaşlıq edir.

Bu çərçivədə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalanıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb, qarşılıqlı investisiyalar fəal şəkildə cəlb edilir.

TDT-də Azərbaycanın türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatları ümumən TDT-yə nə verir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Prezident Əliyevin “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Bakının xarici siyasətində Türk dünyasının yerini dəqiq ifadə edir: “Burada söhbət yalnız ortaq tarixdən, dildən və mədəniyyətdən deyil, getdikcə daha aydın görünən siyasi, iqtisadi və təhlükəsizlik birliyindən gedir. Ümumiyyətlə, Azərbaycanın bütövlükdə TDT və bu təşkilata daxil olan türk dövlətləri ilə münasibətlərini çoxvektorlu diplomatiya əsasında iki paralel istiqamətdə qurur: bir tərəfdən TDT-nin çoxtərəfli regional beynəlxalq təşkilat kimi güclənməsinə çalışır, digər tərəfdən isə üzv dövlətlərin ayrı-ayrılıqda hər biri ilə ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik müqavilə və bəyannamələri, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları bu siyasətin praktik ifadəsidir. Prezident Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə bu əməkdaşlığı Azərbaycanın əsas xarici siyasət prioriteti kimi xarakterizə edib. Azərbaycanın ayrı-ayrı türk dövlətləri ilə qurduğu sıx ikitərəfli münasibətlər həm də bütövlükdə TDT-nın perspektivlərinə əhəmiyyətli təsir göstərə bilən amil kimi qiymətləndirilməlidir. Hər şeydən əvvəl, ikitərəfli müttəfiqlik münasibətləri TDT daxilində siyasi etimadın dayaqlarını daha da möhkəmləndirir. TDT kimi yeni formalaşan çoxtərəfli regional qurumlar yalnız razılığa gəldikləri ortaq məsələlər üzrə vahid mövqe ifadə edən sənədlərlə deyil, həm də bu quruma daxil olan ayrı-ayrı dövlətlər arasında mövcud olan etimadın səviyyəsi ilə güclü olurlar. İkitərəfli münasibətlərin inkişafı isə bu etimadı daha da yüksək səviyyəyə qaldırır və mohkəmləndirir. TDT-ya daxil olan iki dövlət təhlükəsizlik, müdafiə, xarici siyasət və iqtisadiyyat sahələrində yaranan müttəfiqlik münasibətləri dərhal olmasa da təşkilat daxilində digər üzv ölkələrin də qoşula biləcəyi platformaya və vahid institusional mexanizmə çevrilə bilər”.

Q.Əlibəylinin fikrincə, bu baxımdan Azərbaycan–Türkiyə müttəfiqliyi TDT məkanında siyasi və strateji koordinasiyanın mümkünlüyünü göstərən ilk nümunədir: “Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə ikitərəfli münasibətlərinin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinə isə həmin modelin yalnız Bakı–Ankara xətti ilə məhdudlaşmadığını nümayiş etdirən əsas amil kimi baxılmalıdır. Beləliklə, ayrı-ayrı ikitərəfli müttəfiqlik münasibətləri birləşərək bütövlükdə TDT daxilində vahid etimad şəbəkəsi formalaşdırır. Bundan başqa, ikitərəfli əməkdaşlıq TDT qərarlarının həyata keçirilməsi üçün etibarlı baza rolunu yerinə yetirə bilər. Belə ki, çoxtərəfli formatda razılaşdırılan böyük təşəbbüslərin bütün üzv dövlətlər tərəfindən eyni vaxtda icrası həmişə asan olmur. İki ölkə arasında həyata keçirilən layihələr isə daha çevik başlanır, idarəetmə mexanizmləri yoxlanılır və nəticə əldə edildikdən sonra bütün təşkilat məkanına yayıla bilir. Yaradılması nəzərdə tutulan birgə investisiya fondlarının bütövlükdə TDT üçün əhəmiyyətini də məhz bunda axtarmaq lazımdır. Bu fondlar yalnız sadəcə maliyyə aləti deyil. Onlar türk dövlətlərinin iqtisadiyyatlarını konkret müəssisələr, istehsal zəncirləri, logistika mərkəzləri və infrastruktur layihələri vasitəsilə bir-birinə bağlayır. Siyasi yaxınlıq iqtisadi maraqla tamamlandıqda qarşılıqlı münasibətlər daha dayanıqlı olur. Dövlətlər artıq yalnız ortaq keçmişə deyil, ortaq sərmayələrə və gələcək gəlirlərə də sahib olurlar. Azərbaycanın TDT-na daxil olan ayrı-ayrı türk dövlətləri ilə ikitərəfli münasibətlərinin inkişafı həm də Türk dünyasının coğrafi parçalanmasını aradan qaldırmağa kömək edir. Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasında təbii körpüdür. Bakı Qazaxıstan və Özbəkistanla nəqliyyat, enerji və investisiya əməkdaşlığını genişləndirdikcə, bu əlaqələr yalnız həmin dövlətlər arasında qalmır. Onlar Xəzər dənizindən keçərək Türkiyəyə və Avropaya uzanan daha böyük iqtisadi və loqistika xətlərinin aparıcı hissəsinə çevrilir.

Bu baxımdan Orta Dəhliz və onun infrastrukturu - limanlar, dəmir yolları, rəqəmsal rabitə xətləri və enerji marşrutları TDT-nin strateji anatomiyasını formalaşdırır. Orta Dəhliz yalnız Çin malının Avropaya daşındığı yol, Mərkəzi Asiyanın türk dövlətləri və Azərbaycan isə yalnız tranzit ölkə deyil. Orta Dəhliz həm də, bir tərəfdən, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin öz aralarında xarici iqtisadi və ticarət əlaqələrinin inkişafı, digər tərəfdən isə Qazaxıstan, Özbəkistan, Türkmənistan və regionun digər iqtisadiyyatlarının Avropa bazarlarına alternativ çıxış imkanlarının genişlənməsi üçün də iqtisadi infrastrukturdur. Azərbaycanla Qazaxıstan arasında tranzit əməkdaşlığının inkişafı, məsələn, eyni zamanda Özbəkistan və Qırğızıstanın da dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Deməli, zahirən ikitərəfli görünən layihə əslində çoxtərəfli nəticə yaradır və TDT-nın inkişafını stimullaşdıran amilə çevrilir.

Azərbaycanın ayrı-ayrı türk dövlətləri ilə ikitərəfli müttəfiqlik münasibətlərinin inkişafı həm də TDT-nin təhlükəsizlik arxitekturasının formalaşmasına və inkişafına təkan verir. Qeyd etmək lazımdır ki, müasir dövrdə təhlükəsizlik yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji və nəqliyyat xətlərinin qorunması, kibertəhdidlər, terrorizm, mütəşəkkil cinayətkarlıq, informasiya təhlükəsizliyi və fövqəladə vəziyyətlərə birgə reaksiya ümumi koordinasiya tələb edir. Azərbaycanın üzv ölkələrlə ikitərəfli səviyyədə qurduğu təhlükəsizlik mexanizmləri gələcəkdə TDT daxilində daha geniş məlumat və təcrübə mübadiləsinin əsasını təşkil edə bilər. Prezident Əliyevin vurğuladığı kimi, təhlükəsizlik qurumları arasında koordinasiya və operativ məlumat mübadiləsi ümumi təhdidlərin qarşısının alınması üçün həyati əhəmiyyət daşıyır. TDT-nin təhlükəsizlik ölçüsünün formalaşması da məhz belə praktik əməkdaşlıqdan başlayır.

Beləliklə, Azərbaycanın ikitərəfli müttəfiqlik münasibətləri və ikitərəfli layihələr bütövlükdə ümumtürk inteqrasiyasını siyasi şüardan gündəlik həyatın reallığına, TDT-nı isə tədricən vahid institusional quruma çevrilməsini və regionalı güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Türk dünyasının inteqrasiyası yalnız zirvə toplantıları, ortaq bəyanatlar və mədəni tədbirlərlə məhdudlaşa bilməz. Bu inteqrasiya sürətlə inkişaf edən iqtisadi və ticarət əlaqələrində, ortaq layihələrdə və institusional qurumlarda, yeni iş yerlərində, ortaq müəssisələrdə, nəqliyyat və kommunikasiya imkanlarında və s. təzahür etməlidir”.

Q.Əlibəyli onu da qeyd etdi ki, ikitərəfli əməkdaşlığın nəticələri öz növbəsində belə ortaq nailiyyətlərin yaranmasını daha da sürətləndirə bilər: “Başqa sözlə, ikitərəfli əməkdaşlığın nailiyyətləri yalnız iki ölkənin sərhədləri daxilində qalmır, uğurlu modellər mərhələli şəkildə TDT-nin ümumi mexanizmlərinə çevrilə bilər. Birgə investisiya fondlarının təcrübəsi ümumtürk investisiya məkanına, ikitərəfli nəqliyyat razılaşmaları vahid tranzit siyasətinə, təhlükəsizlik sahəsində məlumat mübadiləsi isə təşkilat daxilində daimi koordinasiya mexanizminin yaradılmasına gətirib şıxarmalıdır. Əks halda güclü ikitərəfli əlaqələr yaransa da, onların vahid institusional mexanizmə çevrilməsi çətinləşə bilər. Azərbaycanın TDT-nın inkişafına yönəlik siyasətinin strateji mənası məhz burada daha aydın görünür. Azərbaycan TDT-nin güclənməsini yuxarıdan qəbul edilən qərarlarla yanaşı, həm də daxildən konkret dövlətlərarası layihələr, qarşılıqlı sərmayələr və müttəfiqlik münasibətləri vasitəsilə təmin edir. Başqa sözlə, ikitərəfli münasibətlər, hər bir müttəfiqlik əlaqələri TDT-nın siyasi dayaqlarını, hər bir investisiya fondu, iqtisadi və ticarət əlaqələri onun iqtisadi dayaqlarını, hər bir nəqliyyat layihəsi isə geostrateji dayaqlarlnl daha da möhkəmləndirir. Bütövlükdə, Türk dünyasını yalnız ortaq etnik mənsubiyyət və tarixi yaddaşla birlikdə ortaq maraqlar, ortaq infrastrukturlar, qarşılıqlı təhlükəsizlik öhdəlikləri və birlikdə yaradılan iqtisadi dəyər də birləşdirməlidir. Azərbaycan məhz belə bir Türk dünyasının keçmişin qohumluğundan gələcəyin güc mərkəzinə çevrilən birliyin qurulmasına çalışır”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ