Türkiyə İranın ən böyük özəl banklarından biri olan Bank Mellat-ın lisenziyasını ləğv edib. AFP xəbər verir ki, Türkiyə bank tənzimləyicisinin qərarı şənbə günü səhər tezdən ölkənin rəsmi qəzetində dərc edilib.
Bank Mellat Tehranda yerləşir və İran hökumətinə maliyyə dəstəyi göstərir. OpenSanctions verilənlər bazasına görə, bank ABŞ, AB və Britaniya tərəfindən sanksiyalara məruz qalıb. İran hökuməti həmçinin Bank Mellat-ın ən böyük səhmdarıdır.
Lisenziyanı ləğv edərkən Türkiyə tənzimləyicisi ölkənin bank qanununun 71b maddəsinə istinad etdi. Bu müddəaya əsasən, maliyyə qurumunun fəaliyyəti əmanətçilərin və iştirak fondu sahiblərinin hüquqlarına, eləcə də maliyyə sisteminin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradarsa, dayandırıla bilər.
Ankaranın qərarı, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri olduğu iddia edilən Türkiyə bankına sanksiyalar tətbiq etməsindən iki həftə sonraya təsadüf edir.
Türkiyənin Bank Mellat-la bağlı qərarının ABŞ-ın başqa bir Türkiyə bankına qarşı sanksiyaları ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Tahir TAĞIYEV