Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı video yayıb.
Paylaşımda bildirilib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnmiş tarixi prosesin mühüm mərhələlərindən olub.
Qeyd edilib ki, həmin döyüşlər zamanı DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetiriblər.
“Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur”, – paylaşımda vurğulanıb.
ZÜMRÜD