Cümə günü, 06 noyabr 2026
     

Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

Image


Mətanət Məmmədova: “Biz icazə verməməliyik ki, bəzi ağlı başında, özünə hörmət hissi olmayan, qazanc məqsədilə ədəbini bir kənara atan bu cür insanlar...”

“Salam. 55 yaşım var, 8 ildir dulam. Tək yaşamaq çox cansıxıcıdır. Ciddi, özünə hörmət edən bəy varsa qaqib atsın, özüm mesaj atacam”. Bu tipli videomüraciətlərə sosial şəbəkələrdə tez-tez rast gəlirik. Sizə təqdim etdiyimiz o videolardan bir nümunədir.

Sosial şəbəkələrdən görkəmcə gözəgələn, yaraşıqlı olan, üzündə abır-həya, ismət əlamətlərini göstərən, məsum obrazda görsənən qadınlar peyda olublar və onlar bu cür videomesajlar verirlər ki, maddi imkanım yaxşıdır, yaxşı yaşayıram, amma təkəm, dulam, ciddi bəy olsa əlaqə quraram, belələri varsa mənə taqib atsın və mən özüm geridönüş edəcəyəm.

Sosial şəbəkə mütəxəssilərindən biri baki-xeber.com-a bildirdi ki, bu bir qrup qadınların kişilərdən istifadə etmək üçün istifadə etdiyi dələduzluq üsuludur və buna aldanmaq olmaz.

Ekspert qeyd etdi ki, bu sosial şəbəkələrdə kişiləri hədəf alan geniş yayılmış saxta profil (feyk) və dələduzluq üsuludur. “Məqsəd nədir? Məqsəd izləyici yığmaqdır. Səhifənin populyarlığını artırıb sonra onu başqa məqsədlərlə satmaq və ya reklam üçün istifadə etməkdir. Eyni zamanda şəxsi məlumatlarınızı, bank kartı detallarını oğurlamaq üçün saxta keçidlər (linklər) göndərmək. Şantaj və ya pul tələbi məsələsi də var. Yazışma zamanı sizi müəyyən tələlərə salıb şantaj etmək istəyirlər”.

“Bundan necə qorunmaq olar?” sualına gəlincə, ekspert qeyd etdi onlara inanmaq olmaz. Ekspert bildirdi ki, cazibədar şəkilləri olan, lakin heç bir real paylaşımı, tanışı və ya aktivliyi olmayan profillərə etibar etmək olmaz.

Ekspert qeyd etdi ki, kişilər belə hesabların göndərdiyi heç bir linkə daxil olmasınlar, profilə cavab yazmadan dərhal şikayət edərək bloklasınlar.

Ekspertin sözlərinə görə, bəzən kişilər o qadınların yaraşığına və üzündəki ciddiliyə aldanıb takib atırlar və bu da onların əlinə fürsət verir ki, onları şantaj edib pul tələb etsinlər. Bəzilərinə “sənin məndəki şəkillərini arvadına göndərəcəyəm, yayacağam” kimi hədə-qorxu gəlirlər. Ekspert bildirdi ki, kişilər belələrinə aldanıb onların toruna düşməsinlər.

Sosioloq Mətanət Məmmədova baki-xeber.com-a bildirdi ki, bu sosial şəbəkələrdə ciddi problemə çevrilən haldır və insanlar belə dələduzların toruna düşməmək üçün tədbirli olmalıdır.

“Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizdə özünə hörmət hissi olmayan çoxsaylı insan var. Rəqəmsal platformalarda canlı yayın açıb etik davranış qaydalarına əməl etməyən, paylaşdığı kontentdə ədəbsizliyini ortaya qoyan, ağzından çıxan sözü qulağı duymayan, məsuliyyətin nə olduğunu dərk etməyən insanlar var. Sanki rəqəmsal platformaların tətbiqi ilə onlara geniş imkan verilib ki, buyur, nə xislətdə, əqidədə, əxlaqda olduğunu milyonlarla insanla paylaş.

Bax, elə bu videolar da həmin kateqoriyalara malik insanların kontentlərindəndir. Bu xislətdə olan insanlar sosial şəbəkələrdə “like” ovçuluğuna çıxıblar. Bu videolar onların özlərinə verdiyi “nə edək ki, səhifəmizə baxış çox olsun, müzakirələrə səbəb yaradan mövzular olsun” kimi sualların cavabıdır.

Videoların hər biri süni intellektlə hazırlanıb. Lakin təəssüf ki, özü haqqında danışan, kişilərə evlənmək, görüş təklifi verən qadının xarici görünüşü Azərbaycan qadının görünüşünə malikdir və danışdığı dil də Azərbaycan dilidir. Lakin Azərbaycan cəmiyyətində bir nəfər bu görünüşdə qadın tapmaq olmaz ki, sosial şəbəkələrdə video paylaşıb evlənməyə kişi axtarsın və yaxud da o nalayiq təklifləri etsin.

Məhz elə kontetin bu cür qurulması “bəyənmə” axtarışında olanların pis əqidəsinin, ədəbsizliyinin məhsulu olsa da, lakin arada Azərbaycan qadınının ümumi obrazı var. Süni intellektə bu kontentin yaradılmasını sifariş verən belə insanların qanında görəsən bircə damla azərbaycanlı qanı varmı? Varsa, axı bunu etməməlidir. Azərbaycan qadınını qurban seçməməlidir. Əgər seçirsə, bu adam normal deyil. Doğru-duzgün təfəkkürə malik deyib. Ədəb-ərkanı yerində deyil. Ən başlıcası isə xalqına, millətinə zərrə qədər sevgisi yoxdur, bu xalqın başı üzərində tutduğu namus, iffət anlayışından xəbərdar deyil”.

M.Məmədova qeyd etdi ki, əvvəl paltarının dekolitesi bütün sinəni əhatə edən qadınlarla “bəyənmə” yığmağa çalışdılar. “Artıq onları insanların gözünə alışdırandan sonra, çoxsaylı insanın isə qınağına məruz qaldıqdan sonra fikirləşib yeni mövzu, görüntü tapıblar.

Bu kontentləri yaradan insanlara yazıqlar olsun. Onlara mənim həqiqətən yazığım gəlir. İnsanın ən böyük problemi nə kasıblığı, nə də xəstəliyidir. İnsanın ən böyük dərd-bəlası, problemi onun düzgün düşünə bilməməsi, cəmiyyətə vurduğu zərərdir.

Belə videolara qarşı ictimai qınaq durmadan aparılmalıdır. Belə videolar qarşımıza çıxarkən hansı işimiz olursa-olsun, bir kənara qoyub, qınaq rəyi yazmalı, yenidən paylaşmaqla münasibətimizi bildirməliyik. Biz belə təfəkkürlü insanların əl-qol açmasına, cəmiyyətimizə zərərli toxumlar səpməsinə, bu xalqın adını ləkələməsinə izn verməməliyik.

Pərqəmsal platformalar milyonlarla insanın, hətta bizim yeniyetmə və gənclərimizin gün ərzində təmasda olduğu məkandır. Bu kimi videolarla, çağırışlarla insanlara, xüsusilə gənclərə nəyi aşılayırlar?

Axı Azərbaycan qadını bu deyil. Onun olmadığı xüsusiyyəti ona necə yamaq edirlər? Süni intellekt o demək deyil ki, istədiyin kontenti onun köməyindən istifadə etməklə yarada biləsən. Bu səhifələrdən şikayət edilməlidir. Şikayətin sayı artdıqca belə səhiflər bağlanmağa məruz qalır. Bunu isə bizlər etməliyik. Odur ki, mən hər kəsi bunu etməyə çağırıram. Biz icazə verməməliyik ki, bəzi ağlı başında, özünə hörmət hissi olmayan, qazanc məqsədilə ədəbini bir kənara atan bu cür insanlar bu xalqın mənəvi dəyərlərinə hörmətsizlik etsin.

Ümumiyyətlə rəqəmsal platformalara nəzarət gücləndirilməlidir. Yüksək cərimələr nəzərdə tutulmalıdır. Etik davranışa, milli-mənəvi dəyərlərə, şəxsiyyətə qarşı bu cür kontentləri yaradan, insanları şərləyən, haqqında yalan videolar uyduran, əsassız məlumatlarla insanların düşüncəsinə təsir etmək istəyən səhifə sahiblərinin fəaliyyəti məhdudlaşdırılmalıdır.

Düşünürəm ki, yaxın gələcəkdə bütün bunlar reallaşacaq. Çünki bunu müasir dövr tələb edir. İndi ki, internet, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, üstəlik süni intellekt kimi hər gün bir texnoloji yenilik də həyatımıza daxil olur, belə olan halda sosial şəbəkə və sosial mediadan istifadəyə dair yeni qaydalar tərtib olunmalıdır. Bir neçə qanunlarımıza bu məsələlərlə bağlı əlavələr olunub. Bu, davam etdirilməlidir.

Dövrümüzü sürət dövrü adlandırırlar. Bu dövrdə həmin sürətlə ayaqlaşanlar qazanacaq”-deyə M.Məmmədova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ