ABŞ prezidenti Donald Tramp CNN və MS NOW xəbər kanallarının, eləcə də “Politico” veb saytının "davamlı olaraq saxta xəbərlər yayımladığı" üçün Ağ Evə girişinin qadağan edildiyini açıqlayıb.
Tramp bu barədə sosial media hesabında paylaşım edib. O, CNN, MS NOW və “Politico”ya Ağ Evə giriş qadağası qoyulduğunu deyib.
Tramp iddia edir ki, MS NOW, əvvəlki adı "MSNBC"dən izləyici kütləsi və etibarlılığın olmaması səbəbindən imtina edib. “Politico” isə ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə hökumətdən qanunsuz olaraq 8 milyon dollar abunə haqqı alıb.
Tramp bildirib ki, media təşkilatları onun özü, hökuməti və ölkəsi haqqında xəbərlərində "uydurma və yalan yazmamalıdır". O, əlavə edib ki , "digər saxta xəbər təşkilatları da onlara qoşulacaq".
Tahir TAĞIYEV