İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargah Komandanlığı, ABŞ-ın bəzi regional ölkələrin razılığı ilə İrana qarşı daha bir hücum etmək qərarına gəldiyini göstərən məlumat aldığını açıqlayıb.
"Əgər ABŞ İrana qarşı daha bir səhv edərsə, xəbərdarlıq edirik ki, onun bütün resursları və bölgədəki ABŞ elementlərinin yerləşdiyi yerlər heç bir məhdudiyyət və fərq qoyulmadan ağrılı hücumlara məruz qalacaq. Səhv etsəniz, ağrılı hücumların hədəfi olacaqsınız" – deyə Mərkəzi Qərargah Komandanlığının açıqlamasında bildirilir.
İddia edilir ki, əgər regional ölkələr İrana qarşı təcavüzkar hərəkətlərdə ABŞ-la birləşərsə, onlar ABŞ-ın qanunsuz əməllərinə şərik hesab ediləcəklər.
Digər tərəfdən, İran Ordusu Quru Qoşunları Komandanı, briqada generalı Əli Cahanşahi ölkəsinin sərhəd qoşunlarının potensial təhdidlərə qarşı hazır olduğunu bildirib.
Tahir TAĞIYEV