Rusiya biznesləri MDB şirkətlərindən artan borcla üzləşir. "İzvestiya"nın məlumatına görə, 2026-cı ilin iyun ayında ümumi borc 967 milyard rubl təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 40% çoxdur.
Əsas borclular arasında Qazaxıstan (401,3 milyard rubl), Belarus (327,3 milyard rubl) və Özbəkistan (81,7 milyard rubl) müəssisələri var.
Ermənistan şirkətlərinin payına 65 milyard rubl (təxminən 770 milyon dollar), Qırğızıstan şirkətlərinin payına isə 52,3 milyard rubl düşüb.
Rusiya müəssisələri ödəniş çətinlikləri üzündən ödəniş almaq üçün uzun müddətdir gözləyirlər. Bundan əlavə, Çin və Türkiyə təchizatçılarının rəqabəti qarşısında alıcılar da ödənişləri təxirə salmağa məcbur olurlar. Bütün bunlar Rusiya şirkətlərinin üzərinə düşən yükü artırır və ölkədə investisiya fəaliyyətini azaldır.
Tahir TAĞIYEV