ABŞ Müdafiə Nazirliyi tərəfindən Konqresə təqdim edilən yeni hesabatda İranın Yaxın Şərqdəki ABŞ bazalarına hücumlarının 3,7 milyard dollar ziyana və 60 təyyarə də daxil olmaqla hərbi texnikanın itirilməsinə səbəb olduğu bildirilib.
Tehrandan Vaşinqton administrasiyasına qarşı yeni hərbi təhdidlərin gəlib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Möhsün Rzayi Əl-Cəzirə televiziyasına verdiyi müsahibədə iki ölkə arasındakı gərginlik və mümkün münaqişə ssenarilərindən danışıb.
Rzayi ABŞ-ın iqtisadi blokadasının çarəsizliyin əlaməti olduğunu bildirib və səs sürətindən on dəfə sürətlə uçan yeni raketlərlə Amerika təyyarədaşıyan gəmilərini hədəfə alacaqlarını deyib.
Əvvəlki dövrlərə nisbətən hava hücumlarına qarşı daha yaxşı hazırlıqlı olunduqlarını qeyd edən Rzayi, Amerika təyyarədaşıyan gəmilərinə qarşı hazırladıqları yeni silahlardan danışıb:
"Bu yaxınlarda hərbi gəmilərə qarşı gəmi əleyhinə raket sınaqdan keçirdik. Təyyarədaşıyan gəmilərin yaxınlığında partlayan və səksən partlayıcı döyüş başlığına bölünən bir raket atdıq. Məqsədimiz bu kiçik bombalardan bəzilərinin təyyarədaşıyan gəmiyə dəyməsi idi. Biz bunu sınaqdan keçirdik və təcrübə uğurlu oldu" – deyə İran rəsmisi bildirib..
Tahir TAĞIYEV