Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) dünən səhər tezdən Rusiyanın Kursk Atom Elektrik Stansiyasındakı reaktor blokunun soyutma qülləsinə dron zərbəsi endirildiyini açıqlayıb. IAEA bununla bağlı X hesabı vasitəsilə açıqlama yayıb.
Agentliyin baş direktoru Rafael Mariano Qrossinin açıqlamalarının da yer aldığı məlumatda bildirilir ki, hücum zamanı bölmə işlək vəziyyətdə olub, lakin zərbədən sonra heç bir dəyişiklik və ya yanğın baş verməyib.
Qrossi nüvə obyektlərinə edilən bütün hücumların nüvə təhlükəsizliyini təhlükə altına ala biləcəyini bildirərək, bunun qəbuledilməz olduğunu vurğulayıb.
Agentliyin baş direktoru nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri maksimum təmkinli olmağa çağırıb.
Tahir TAĞIYEV