Cümə günü, 06 noyabr 2026
     

Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

Image


“Ermənistan hakimiyyəti Moskva ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı genişləndirmək xətti götürüb”. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. O, İrəvanı Rusiya kapitalı olan müəssisələri ələ keçirməkdə ittiham edib.

Şoyqu xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistana iqtisadi və enerji böhranından yayınmağa kömək edib, ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) onillik üzvlüyü ərzində Ermənistan iqtisadiyyatı, demək olar ki, üç dəfə böyüyüb: “Bununla belə, hazırkı hakimiyyət Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı möhkəmləndirmək xətti götürüb”. Şoyqu, həmçinin, İrəvanın NATO ilə əməkdaşlığı genişləndirməyə çalışdığını qeyd edib və Ermənistan hakimiyyətini regional inteqrasiya mexanizmlərinə, ilk növbədə Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) “istehlakçı münasibətində” olmaqda ittiham edib. Rusiya Təhlükəsizlik Şurasının katibi Ermənistan hakimiyyətinin Rusiya biznesinə münasibəti üzərində də ayrıca dayanıb: “Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə münasibətdə qeyri-dost xətt və açıq-aşkar ikili standartlar nümayiş etdirilir. Rusiyanın milyardlarla investisiya yatırdığı müəssisə və bütöv sahələrdə baş verənləri “qanunsuz yolla ələ keçirmə” cəhdindən başqa cür adlandırmaq çətindir”. Onun sözlərinə görə, İrəvan bununla yanaşı, açıq-aşkar gülünc arqumentlər irəli sürür. Məsələn, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının ölkənin beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiyasına mane olduğu kimi iddialar irəli sürür. Şoyqu bildirib ki, Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində deyil. O, Rusiya prezidenti Vladimir Putinin mövqeyinə istinad edərək qeyd edib ki, İrəvan Avropa İttifaqına üzv olmaqla Aİİ-də gələcək üzvlük arasında seçim etməlidir: “Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bunu etməyəcək. Bu istiqamətdə atılan hər bir addımın obyektiv nəticələri var”. Bunlar fonunda isə Rusiya ilə Ermənistan arasında siyasi və iqtisadi münasibətlərdə yaranan gərginlik artıq enerji sferasında da özünü qabarıq şəkildə büruzə verir. Elə bu kontekstdə Rusiya qazının Ermənistana təchizatının dayandırılacağı, yaxud da bir neçə dəfə bahalaşağacağı barədə məlumatlar yayılır. Ermənistanda bu hal apokalipsis kimi qəbul edilsə də, ölkə eyni zamanda alternativ mənbələrə, o cümlədən Azərbaycan təchizatına böyük ümidlər bəsləyir. 2025-ci ildə ölkənin qaz idxalının 80 faizindən çoxu məhz Rusiyanın payına düşüb. Bu asılılıq Ermənistan üçün enerji təhlükəsizliyi məsələsini Rusiya ilə münasibətlərin əsas komponentlərindən birinə çevirir. Elə bu fonda Rusiya Qərbə üz tutan Ermənistanı cəzalandırmaq üçün digər iqtisadi təsir metodları ilə yanaşı, təbii qaz məsələsini son vaxtlarda daha çox qabardır. Kreml Ermənistana satılan təbii qazın qiymətinin bir neçə dəfə bahalaşa biləcəyi barədə xəbərdarlıq edir. Eyni zamanda, Ermənistana qaz təchizatının uzun müddətə və ya birdəfəlik kəsilməsi da mümkün ssenarilərdən biri hesab olunur. Bu məsələ planlı texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq, Rusiyadan Ermənistana təbii qaz tədarükünün sentyabrın 25-dək dayandırılması kontekstində daha çox aktullaşıb. Budəfəki təmirin Ermənistana birbaşa siqnal olduğunu Rusiyada açıq mətnlə bəyan edirlər. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov qeyd edir: “Qaz kəmərinin profilaktik təmiri Ermənistana Rusiya qazına alternativ tapıb-tapmadığını və Rusiya yanacağından imtina edib-etməməli olduğunu müəyyən etməyə imkan verəcək. Əlbəttə ki, burada siyasi kontekst müşahidə oluna bilər. Rusiya Prezidenti Vladimir Putin Ermənistana qaz tədarükü ilə bağlı dəfələrlə açıqlamalar verib: o bildirib ki, əgər Ermənistan Avropa İttifaqına qoşularsa, onda Ermənistan üçün qaz qiymətləri ən azı 30% artacaq. Amma İrəvanın siyasətindən asılı olaraq, rusiyadan Ermənistana qaz nəqli daha uzun müddətə dayana, yaxud bir neçə dəfə bahalaşa bilər”.

Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyanın sözlərinə görə, Rusiya qazının qiymətinin mümkün artımı, yaxud tədarükün uzun müddətə dayanması Ermənistan üçün apokaliptik ssenari olardı. O vurğulayır ki, Rusiyanın qaz ixrac qiymətlərini artırması nə A, nə də B ssenarisinə uyğun gəlir. O bildirib ki, bunun daha çox apokaliptik bir halı nəzərdə tutan X ssenarisi olma ehtimalı daha yüksəkdir və buna cavab daha güclü olmalıdır. Ermənistan Rusiya qazının hər 1000 kubmetrini 177,5 dollara alır. Müqayisə üçün, Avropada eyni həcm üçün bazar qiyməti 600-1000 dollar arasında dəyişir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov güzəştli qiymətlərin Rusiyanın hesabına Ermənistan xalqına edilən yardım olduğunu bildirir. Amma indi bu yardıma son verilməsi Rusiyada əsas müzakirə predmetlərindən biridir. Öz növbəsində Ermənistan indi alternativ mənbələrdən idxala daha çox diqqət edir və əsas ümidini Azərbaycana bağladığını da gizlətmir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirir: “Biz qazı bütün mümkün mənbələrdən almağa hazırlaşırıq. Ümumiyyətlə, bir şeydən asılı vəziyyətdə yaşamaq olmaz. Rusiya bizə qaz versə, Rusiyadan qaz alacağıq, Azərbaycan versə, Azərbaycandan alaq, İran versə, İrandan alaq, Türkiyənin hansısa yerdən qaz almaq imkanı olsa, ondan da eyni zamanda alarıq. İndi yanacaqdoldurma məntəqələrimiz benzini haradan alır? Azərbaycandan. İndi benzinin bahalaşmasının onun haradan gətirilməsi ilə heç bir əlaqəsi yoxdur. Bundan da artığını deyim, hazırda Rusiyada ümumiyyətlə benzin yoxdur. İndi hansı variant daha yaxşıdır?”. Bakı Ermənistana perspektivdə təbii qaz nəqlini mümkün hesab edir. Azərbaycan Energetika Nazirliyi bildirir ki, ölkəmiz qarşılıqlı maraqlar, kommersiya səmərəliliyi, texniki imkanlar və regional enerji təhlükəsizliyinin təmin edilməsi prinsiplərinə əsaslanaraq enerji sektorunda Ermənistanla mümkün əməkdaşlığı nəzərdən keçirməyə hazırdır. Nazirlik vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regional bağlantıların bərpası ölkənin enerji infrastrukturunun daha geniş regional sistemlərə inteqrasiyası üçün əlavə perspektivlər yarada bilər. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. Elə bu da sovetlər dönəmində olduğu kimi indi də Ermənistana ölkəmizdən təbii qaz nəqlinin də mümkünlüyünü nümayiş etdirir. Hələlik isə Rusiyanın qarşıdakı dövrdə Ermənistanı enerji müstəvisində təzyiq altında saxlama ehtimalı indi olduqca yüksəkdir. Rusiya Dövlət Humanitar Elmlər Universitetinin professoru Lyudmila Adilova qeyd edir: “Qazın qiymətinin yenidən nəzərdən keçirilməsi Ermənistan rəhbərliyini və əhalisini xarici siyasətinin Avropa İttifaqına doğru meylli olması fonunda ağlını başına gətirmək üçün təsirli bir vasitəyə çevrilə bilər. Ölkələr arasında münasibətlərdə atmosfer hazırda olduqca gərgindir və illərlə qurulan əlaqələr cəmi bir neçə ay ərzində məhv olur. Ermənistan Rusiyadan aldıqlarını itirərsə, onun çiçəklənməsi bir neçə günə başa çatacaq. Biz onlara hərəkətlərinin nəticələrini hiss etdirməliyik”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ