Cümə günü, 06 noyabr 2026
     

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Image


Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.

Bəyanatda deyilir:

"Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir. Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisinə - albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübuta yetirilib. Bunu təsdiqləyən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində "knyazlar knyazı", "Xaçın ölkəsinin knyazı", "Albaniyanın çarı" və s. kimi titullar ilə adlandırılırdı.

Həsən Cəlalın dövründə Azərbaycanın bu tarixi torpaqlarında iqtisadi, siyasi və mədəni tərəqqi baş vermiş, onun dövrü Alban renessansı kimi xarakterizə olunmuşdur. Gəncəsər monastırı da bu renessansın möhtəşəm nümunəsi kimi inşa edilmişdir.

Gəncəsər monastırında albanlara məxsus bərabərtərəfli xaç işarəsindən istifadə olunmuşdur. Bərabərtərəfli xaç işarəsi albanların möhürü funksiyasını yerinə yetirmişdir. Monastır regionun yerli inşaat materialları ilə tikilmişdir.

Bundan başqa, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir. Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir.

Ermənilər hələ sovet hökuməti dövründə, sonra isə işğal prosesi zamanında Gəncəsər monastırının erməniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəzlənmişdir. Eyni zamanda, Gəncəsər monastırı üzərində olan bərabərtərəfli alban xaçı fərqli formaya malik olan qriqorian xaç işarəsi şəklinə salınmışdır. Monastırın içərisindəki alban katolikoslarına məxsus məzarlara da müdaxilə edilmiş, qəbirlərin ilkin quruluşu dəyişdirilmişdir. Həmçinin işğal dövründə ermənilər bərpa adı ilə Gəncəsər monastırında Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirmişlər.

Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olduğu halda, Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir.

Hesab edirik ki, Gəncəsər monastırı ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın heç bir elmi-tarixi əsası yoxdur və hazırda Azərbaycan dövlətinin meydana qoyduğu sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Bu təxribat faktı Ermənistanda uzun illərdən bəri Azərbaycanın milli-mənəvi dəyərlərinə, mətbəx nümunələrinə sahib çıxmaq, abidələrimizi süni şəkildə özününküləşdirmək siyasətinin davamından ibarətdir. Bu onu göstərir ki, Ermənistanda uydurma "böyük Ermənistan" xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.

Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır.

İsa Həbibbəyli, AMEA -nın prezidenti, akademik

Gövhər Baxşəliyeva, AMEA-nın vitse-prezidenti, akademik

İsmayıl Hacıyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik

Teymur Kərimli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

Nərgiz Axundova, akademik

Ərtegin Salamzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü

Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü

Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü

Cəfər Qiyasi, AMEA-nın müxbir üzvü

Kərim Şükürov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Fərhad Quliyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Kübra Əliyeva, sənətşünaslıq doktoru, professor

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor

Əliağa Məmmədli, antropologiya elmləri doktoru, professor

Allahverdi Əlimirzəyev, tarix elmləri doktoru, dosent

Ramil Ağayev, tarix elmləri doktoru, dosent

Rahibə Əliyeva, memarlıq doktoru

Natiq Alışov, tarix üzrə fəlsəfə doktoru, dosent

Təvəkkül Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Taleh Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ellada Bəkirova, tarix üzrə fəlsəfə doktoru, dosent

Vaqif Əsədov, tarix üzrə fəlsəfə doktoru, dosent

Ülviyyə Hacıyeva, tarix üzrə fəlsəfə doktoru

Gülanə Əliyeva, tarix üzrə fəlsəfə doktoru".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ