Cümə günü, 06 noyabr 2026
     

Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

Image


"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev Facebookda Ermənistanda vaxtilə qondarma "Arsax" qurumunun guya prezidenti olmuş şəxsin 2023-cü ilin sentyabrın 28-də imzaladığı bir kağız parçasının çox qiymətli bir sənəd olması barədə aparılan təbliğatlar və bunun üstündə qurulan oyunlarla bağlı rəy yazıb

A.Quliyevin yazdığı rəyi təqdim edirik:

Qondarma "Arsax" qurumunun "prezidenti" kimi bic doğulmuş bir adla bir vaxtlar leksikonlara zorla dürtüşdürülən Şahramanyanın 2023-cü ilin 28 sentyabrında imzaladığı hansısa kağızın bu gün gündəmə gəlməsi hər şeydən qabaq belə bir sualın yenidən araşdırılmasını zəruri edir - Bu Şahramanyan adlı cinayətkar separatçının imzaladığı hansısa kağızın Azərbaycana qarşı təcavüz faktının bitirilməsində, ərazi bütövlüyümüzün və suverenliyimizin qəti təmin edilməsində, qanunsuz silahlı dəstələrin ləğv edilməsində və işğalçı Ermənistan ordu birləşmələrinin ərazilərimizdən çıxıb getməsində hansısa hüquqi, ya legitim siyasi statusu varmı? Qətiyyən yoxdur, biz 91-ci iln 10 sentyabrından taa 2023-cü ilin 19-20 sentyabr əməliyyatına qədər özünü "dövlət" kimi mövcud hesab etmiş qondarma “Arsax”ı, onun " prezidenti", ya " spikeri", ya "naziri" kimi özünü təqdim edən hansı şəxsi, onların imzası olan hansı kağızı legitim olaraq tanıdıq ki, Şahramanyanı və onun 28 sentyabr tarixli "kağızını" da legitim tanıyaq?!

Bizim nəzərimizdə təcavüzə son qoyan hüquqi, siyasi və hərbi əsaslar təcavüzkar silahlı qruplaşmaların döyüş meydanında darmadığın edilməsi, imzaladıqları 9 noyabr kapitulyasiya sənədi, rus sülhməramlılarının icra etdikləri missiyanı yerə qoyaraq ərazilərimizdən çəkilib getmələri, Paşinyanın 2022-ci ilin oktyabrında Praqa sammitində "Dağlıq Qarabağı rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanıması, sərhədlərin delimitasiyası üzrə Komissiyanın əsasnaməsinin parlamentdə ratifikasiyası və digərləridir. Ermənistanda yenidən fəallaşmaq istəyən separatçı-revanşçı qüvvələr üçün Şahramanyanın 28 sentyabr şousu və qaçıb İrəvanda bir müddət sonra köhnə imzasından imtina etdiyini bəyan edən yeni "kağız"ı nəsə bir məna kəsb edə bilər. Ancaq o "kağızlar" bizim üçün işğala və təcavüzə son qoyduğumuz şərəfli Zəfər tarixində hər hansı legitim status daşımır.

Şahramanyanın 2023-cü ilin 28 sentyabrında altına imza qoyduğu "tabelikdə olan dövlət qurumları və orqanlar özlərini buraxır və "Arsaxın” mövcudluğuna son qoyulur" sözlərinin bizim üçün heç bir hüquqi, siyasi, tarixi məzmunu yoxdur, tarix kitablarımızda isə onun adı olsa-olsa belə çəkilə bilər - separatçılar sentyabrın 28-də şərəfsiz təslimiyyət müqabilində canlarını satın aldılar. Guya Şahramanyan sentyabrın 28-də o kağıza imza atmasaydı, nə baş verəcəkdi? İtirən kim olacaqdı? Biz, ya çıxılmaz bir küncə sıxılmış separatçı-təcavüzkar canilər?

Sualın cavabını hər kəs bilir. Ermənistanın bəzi "elit dairələri" səhvən elə bilirlər ki, Azərbaycan Şahramanyanın 28 sebtyabr imzalı kağızını hansısa rəsmi hüquqi-siyasi sənəd kimi qəbul etdi. Xeyr! O imzalı kağız təslim olmağın, silahı yerə qoymağın, labüd fiziki məhvolmanın bir addımlığından qayıtmaq, aman diləməyin bir əlaməti idi. İntəhası bizim dövlətin və Prezidentin humanistliyi idi ki, bu aman diləməyə hər bir ədalətli qüvvəyə yaraşan reaksiyanı verdik.

Paşinyan hakimiyyəti, onun guya mübarizə apardığı revanşçılar dəstəsi bizim Prezidentin liderliyi altında Azərbaycanda həmişəlik söndürdüyümüz separatizm odunun közünü İrəvanda yenidən üfürərək od qalamağın mənasız olduğunu anlayar, anlamaz, özləri bilər. Biz gözləyirik ki, Ermənistan rəhbərləri "sülh prosesi hələ hər şeyin həll olunması deyil, Qərbi Azərbaycan narrativi Ermənistanın təhlükəsizliyinə təhdiddir" kimi əslində revanşçılara dolayı dəstək və real sülhə zərbə vuran mövqedən əl çəksin. Eləcə də Ermənistanda bu gün qondarma “Arsax” ideyasını yenidən körükləyənlərə Ermənistan dövlətinə xəyanət, sülh və təhlükəsizlik prosesinə qəsd, Ermənistanı yeni müharibələrə sürükləmək və sair ittihamlarla hüquqi təqib prosesinə başlanılsın. Yoxsa revanşçılara yumşaq tövsiyələr bizi Ermənistan rəhbərliyinin real sülh prosesinə sadiqliyinə inandıra biıməz.

Ancaq o od Ermənistanda yenidən qalansa…

1. Ermənistanın özünü yandıracaq.

2. Bunun məsuliyyətinin böyük hissəsi Paşinyanın da üzərinə düşəcək

3. Sülhə vasitəçilik edən dövlət və beynəlxalq dairələr İrəvanda Şahramanyanın ölü 28 sentyabr kağızını yenidən "oksigen balonuna" çevirmək cəhdlərinə susmamalıdırlar. Birinci növbədə bu, 8 avqust sənədinə imza atmış Tramp administrasiyasına, BMT-yə, AB-yə və sairlərə ünvanlanıb.

Onu da deyim ki, İrəvanda qaniçənlərin yenidən dirçəliş üçün istifadə etmək istədikləri o Şahramanyanın 28 sentyabr imzalı kağızını tam şəkildə yenidən ictimailəşdirmək və dünyəviləşdirmək lazımdır...

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ