Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev “Rus Evlərinin” fəaliyyətini məhdudlaşdırmaq və ya tamamilə bağlamaq üçün dünya hökumətlərinə çağırış edib.
"Ukrayna bu şəbəkənin milli təhlükəsizliyə yaratdığı təhdidi rəsmi olaraq dünya hökumətlərinə çatdırıb. Onların fəaliyyətinin məhdudlaşdırılması və tamamilə bağlanması üçün arqumentlər təqdim etmişik" – deyə Sibiqa bildirib
Nazir xəbərdarlıq edib ki, Rusiya bu qurumlardan effektiv şəkildə dezinformasiya, qeyri-sabitlik yaratmaq və casusluq alətləri kimi istifadə edir: "Biz hakimiyyət orqanlarının Almaniya da daxil olmaqla, bu şəbəkələri bloklamaq üçün Avropada gördüyü tədbirləri təqdir edirik. Almaniyada Rus Evi Berlində illərlə davam edən zərərli təsirdən sonra bağlandı.
Bizim ortaq Avropa evimiz müharibəni təbliğ edən və Avropada sülhü pozmaq üçün fəal şəkildə çalışan Rus Evləri üçün yer deyil”.
Sibiqa bildirib ki, bu dezinformasiya mərkəzlərindən bəziləri, ən azı yeddi Avropa ölkəsində hələ də fəaliyyət göstərir.
Tahir TAĞIYEV