Fransanın ictimai yayım şirkəti olan France Televisions, Fransa kəşfiyyat xidmətlərinin 2027-ci ilin payızını Rusiyanın böyük bir hücumu üçün mümkün tarix kimi nəzərdən keçirdiyini iddia edib.
Kəşfiyyat mənbələrinə istinadən məlumat verilir ki, Fransa və Avropada kiberhücumlar da daxil olmaqla, Rusiya mənşəli hücumlar artıb.
Nəşr bildirir ki, Rusiyanın mümkün böyük hücumu üçün əvvəllər proqnozlaşdırılan 2030-cu il tarixi irəli çəkilib və hücumun 2027-ci ilin payızında baş tuta biləcəyi ehtimal edilir. Qeyd edilir ki, Fransadakı elektrik stansiyaları, telekommunikasiya şəbəkələri və içməli su qurğuları kimi vacib infrastruktur obyektləri bu hücumlarda potensial hədəf ola bilər.
Fransa hərbi kəşfiyyat xidmətinin keçmiş yüksək vəzifəli əməkdaşı Alen Kristen televiziyaya bildirib ki, Rusiyanın mümkün hücumu ölkənin müdafiə obyektlərinə pilotsuz təyyarə hücumu ilə nəticələnə bilər. Kristien Fransanın belə bir hücuma qarşı özünü tam müdafiə təmin etmək qabiliyyətinə malik olmadığını iddia edib.
Fransa Prezidenti Makron 18 sentyabrda Parisdəki Yelisey Sarayında siyasi partiya liderləri və prezidentliyə namizədlərlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ölkə artıq hibrid hücumların hədəfindədir: “Mən bu barədə sizə əvvəllər də məlumat vermişəm".
Makron ölkənin kritik infrastrukturunu Rusiyanın dron və kiberhücumlarından qorumaq üçün bir plan hazırlayacağını açıqlayıb.
Tahir TAĞIYEV