ABŞ prezidenti Donald Tramp iddia edib ki, Rusiyanın Ukrayna ilə müharibə səbəbindən dizel yanacağı sənayesinə nəzarəti itirib. Tramp məsələ ilə bağlı sosial media hesabı vasitəsilə açıqlama verib.
Ukraynanın neft emalı zavodlarına davamlı hücumları səbəbindən Rusiyanın neft emalı sənayesi üzərində nəzarəti itirdiyini deyən Tramp, ölkənin dizel emalı zavodlarının böyük əksəriyyətinin "partladıldığını" və "ən azından müvəqqəti olaraq fəaliyyət göstərmədiyini" bildirib.
Tramp Rusiya ilə Ukrayna arasındakı "mənasız və sonsuz müharibənin" bitməli olduğunu deyib: "Bütün dünya əziyyət çəkir , çünki hər ay əksəriyyəti əsgər olan 25.000 insan öldürülür. Bu, necə də böyük bir ayıbdır".
Tahir TAĞIYEV