Media və Yayım Şurasının təşəbbüsü ilə tarix elmləri doktoru Həsən Həsənov jurnalistlər üçün keçirdiyi "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda maarifləndirici seminarda Albaniya və Atropatena tarixinə dair yanlış məlumatların hələ sovet dövrünə aid ədəbiyyatlarda mövcud olduğunu vurğulayıb:
"Həmin dövrün ədəbi mənbələrində Albaniya və Atropatena dövlətlərinin eyni zamanda meydana gəldiyi irəli sürülüb, lakin bu fikir həqiqəti əks etdirmir".
Onun sözlərinə görə, Albaniya sözü türk mənşəlidir, mənası "qəhrəman" deməkdir və Albaniya əvvəlcə Atropatenanın tərkib hissəsi olub: "Bu, düz 7 əsr davam edib, yəni eramızdan əvvəl 7-ci əsrdən 1-ci əsrə qədər və bundan sonra albanlar müəyyən səbəblərdən Atropatenanın tərkibindən ayrılaraq müstəqilliyə nail olublar. Yəni Albaniya Atropatenanın törəməsidir"-deyə H.Həsənov vurğulayıb.
İradə SARIYEVA