ABŞ Prezidenti Donald Tramp ötən cümə axşamı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığından sonra Yəməndəki husi mövqelərinə sürətli zərbələr endirməyi əmr edib, lakin tez bir zamanda dab u qərarından imtina edib.
“The New York Times” qəzeti mənbələrə istinadən iddia edir ki, Tramp bir gün əvvəl müşavirləri ilə görüşüb və hücum variantını dəstəkləmədiyini bildirib. Lakin şahzadə ilə danışdıqdan sonra fikrini dəyişib və Pentaqona husilərə qarşı hücumlara hazırlaşmaq əmri verib. Nəşr bildirib ki, bazar günü günortadan sonra prezident yenidən fikrini dəyişib. Administrasiya rəsmiləri bildiriblər ki, hələlik ABŞ-ın husilərə qarşı hücumları olmayacaq.
Vəziyyətlə tanış olan iki nəfər bildirib ki, Trampın əməliyyatı ləğv etməsi zabitlərin hədəf siyahılarını tərtib etdiyi, hərbçilərin təyyarələrə bomba quraşdırdığı və reydlərin başlamağa hazırlaşdığı bir vaxta təsadüf edib.
Lakin, adı çəkilməyən yüksək vəzifəli administrasiya rəsmisi qeyd edib ki, Trampın yaxın çevrəsinin əksəriyyəti, xüsusən də ABŞ ordusunun İranla bağlı çətinliklərini nəzərə alaraq, Səudiyyə Ərəbistanının husilərə qarşı hücumlarına qoşulmaqda təeəddüd üdib.
Keçmiş və hazırkı diplomatlar və ABŞ hərbi komandirləri məhdud bir ABŞ hərbi kampaniyasının husiləri məğlub etmək üçün kifayət edəcəyinə şübhə ilə yanaşırlar. 2025-ci ilin yazında ABŞ husilərə qarşı 50 gündən çox müddətə hücumlar təşkil edib və 1000-dən çox hədəfə hücum edib. Husilər də öz növbəsində ABŞ gəmilərinə atəş açib və bir neçə PUA-nı vurub. Nəticədə münaqişə atəşkəslə başa çatıb və o vaxtdan bəri husilər arsenallarının əhəmiyyətli bir hissəsini yeniləyə biliblər.
Qəzetin mənbələri də Yəmən hökumət qüvvələrinin effektivliyindən əmin deyillər və ABŞ-ın Səudiyyə Ərəbistanına dəstəyi olsa belə, husiləri məğlub etməyin çətin olacağını vurğulayırlar. Rəsmilər qeyd edirlər ki, ABŞ Ər-Riyada kömək edəcəksə, bu, Yəmən hökumətinə sadiq qüvvələrin yeni quru hücumu ilə paralel olmalıdır. Eyni zamanda, bəzi ABŞ hərbi rəsmiləri Vaşinqtonun İrana qarşı kampaniyasında Səudiyyə Ərəbistanının köməyinə ehtiyacı olduğu fikrini irəli sürürlər.
Ötən həftə husilər Yəmən hökumət qüvvələrinə qarşı hücuma keçərək Yəmənin bütün Qırmızı dəniz sahil xəttini, eləcə də Bab əl-Məndəb boğazına bitişik əraziləri nəzarətə götürüblər. Bu arada, husilər Səudiyyə Ərəbistanı ilə hücumlar davam etdirir. Ər-Riyad da öz növbəsində husilərlə döyüşən Yəmən hakimiyyətinə hərbi dəstək verir.
Tahir TAĞIYEV