Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin işğal olunmuş hissəsində Rusiyanın səyyar Kasta radar stansiyasını, eləcə də yerüstü idarəetmə stansiyasını vurub.
"20 sentyabrda və 20-21 sentyabr gecəsi Ukrayna müdafiə qüvvələrinin bölmələri bir sıra mühüm düşmən hərbi obyektlərinə zərbələr endirdi" – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Bildirilir ki, Donetsk vilayətinin Pikuzi yaşayış məntəqəsi ərazisində Rusiyanın Kasta radar stansiyasına zərbə endirilib. Kasta-2E2 (39N6) radarı aşağı hündürlüklərdə təyyarələri, raketləri və dronları aşkar etmək üçün mobil radar sistemidir. Onun mənzili 150 km-ə qədərdir və təxmini dəyəri 60 milyon ABŞ dollarından başlayır.
Donetsk vilayətinin Dneproenerqiya ərazisində Rusiyaya məxsus yerüstü idarəetmə məntəqəsinə də zərbə endirilib.
Sentyabrın əvvəlində də Ukrayna qüvvələrinin Zaporojye vilayətindəki Vışnevo yaxınlığındakı Rusiyanın Kasta radar stansiyasına zərbə endirmişdi.
Tahir TAĞIYEV