Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

Image


İlhami Cəfərsoy: “Alban əlifbasının ermənilərlə heç bir əlaqəsi yoxdur”

Ermənilərin (hayların) Qafqaz Albaniyası irsinə, o cümlədən də alban əlifbasına əsassız iddiası günü-gündən daha da artır. XIX əsrdə Çar Rusiyası və digər iri dövlətlər tərəfindən köçürülərək bizim bölgədə, daha dəqiq desək, tarixi ərazilərimizdə məskunlaşdırılan hay tayfaları sonradan xalqımızın qədim dəyərlərinə də əl uzatmağa başladılar.

Qeyd edək ki, Qafqaz Albaniyası müxtəlif tayfalardan ibarət olsa da, özünün siyasi birliyi, dini avtonomluğu, mədəniyyəti və əlifbası olubdur. Alban əlifbası 1938-ci ildə Mingəçevri yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Qarqar dili əsasında yaradılan bu əlifba 52 hərfdən ibarət idi. Bu, albanların erməni dili və əlifbasından istifadə etmədiyini göstərir. Onlar ərəblər gələnə qədər öz dilllərindən və əlifbalarından istifadə ediblər. Lakin VIII əsrdən başlayaraq XX əsrin əvvəlinədək, albanların yazılı mənbələri, sənədləri, ədəbi əsərləri sistematik şəkildə məhv edilib.

Qafqaz Albaniyasının zəngin tarixi keçmişini, onun özünəməxsus mədəniyyətini və müstəqil dövlətçilik ənənələrini əks etdirən mühüm sənədlər mövcuddur.

Alban əlifbasının yaradılması tarixdə çox mühüm hadisədir.

Alban əlifbası erkən orta əsrlərdə Qafqaz Albaniyasında istifadə olunmuş, 52 hərfdən ibarət qədim əlifbadır. Bu yazı sistemi xüsusi boğaz və xırıltılı səslərlə zəngin olan alban (qarqar) dilinin fonetikasına uyğunlaşdırılmışdı. Hazırda Azərbaycanda yaşayan udi xalqının dilinin (qədim udi dili) əcdadı hesab olunur. Əlifba haqqında əsas tarixi və elmi faktlara nəzər salaq.

Əlifbanın V əsrin əvvəllərində (təxminən 420-ci illərdə) formalaşdığı qəbul edilir. Tarixi mənbələrə (məsələn, Moisey Kalankatuklu və Koryun) görə, bu əlifba alban ruhanisi Beniamin və maarifçi Mesrop Maştotsun birgə fəaliyyəti sayəsində qarqar dilinin əsasında tərtib edilmişdir.

Əsasən müasir Azərbaycan Respublikasının, Dağıstanın və qismən Gürcüstanın bir hissəsini əhatə edən Qafqaz Albaniyası ərazisində dövlət və kilsə yazışmalarında istifadə olunmuşdur.

Uzun əsrlər boyu alban yazısının mövcudluğu yalnız orta əsr salnamələrindən məlum idi, lakin XX və XXI əsrlərdə tapılan maddi sübutlar onun varlığını tam sübut etdi. 1937-ci ildə gürcü alimi İliya Abuladze tərəfindən İrəvandakı Matenadaran kitabxanasında XV əsrə aid bir əlyazma tapıldı. Bu əlyazmada ərəb, yunan, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbasının siyahısı və hərflərin adları yer alırdı.

Mingəçevir su elektrik stansiyasının tikintisi zamanı aparılan qazıntılarda üzərində alban yazıları olan daş epiqrafik abidələr (xüsusilə məşhur alban gürzəsi/şamdanı) aşkar olundu.1996-cı il (Sinay palimpsestləri): Gürcüstan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru Zaza Aleksidze tərəfindən Misirdəki Müqəddəs Yekaterina monastırında gürcü dilində yazılmış mətnlərin altından silinmiş alban dilində xristian dini mətnləri (palimpsestlər) tapıldı. Bu palimpsestlərin oxunması sayəsində 2009-cu ildə alban dilinin fonetikası, qrammatikası və yazısı beynəlxalq alimlər qrupu tərəfindən tamamilə deşifrə edildi və onun müasir udi dili ilə birbaşa bağlılığı elmi təsdiqini tapdı. Albaniya yepiskopu Şəqaqın tərtib etdiyi Bərdə əlifbası 38 işarədən ibarətdir. Qarqar əlifbasında isə 52 hərf vardır.

Alban əlifbasının mövcudluğunu sübut edən ən mühüm arxeoloji tapıntılardan biri, 1930-cu illərin sonlarında və 1940-cı illərdə Mingəçevir arxeoloji qazıntıları (xüsusilə Mingəçevir kilsə kompleksi) zamanı aşkar edilmiş daş kitabələr və gil qablar üzərindəki yazılardır. Alban əlifbası 52 hərfdən ibarət olub və bu əlifba fonetik cəhətdən zəngin olan yerli Qarqar dili əsasında formalaşmışdı.

Bu fakt Qafqaz Albaniyasının qonşu xalqlardan, o cümlədən ermənilərdən tamamilə fərqli, müstəqil bir dil və yazı sisteminə sahib olduğunu qəti şəkildə sübut edir.

Qafqaz Albaniyası çoxşaxəli tayfa ittifaqından (26 tayfa) formalaşsa da, vahid dövlət aparatı və Alban Həvarı Kilsəsi sayəsində öz siyasi və dini bütövlüyünü qoruyub saxlaya bilmişdi. IV əsrin əvvəllərində xristianlığın dövlət dini elan edilməsi bu birliyi daha da möhkəmləndirmişdi.

Alban tarixi irsinin məhv edilməsi prosesinə təəssüf ki, tarix şahidlik edib. Necə deyərlər, sanki tarix onlardan qisas alıb və sənədlər sistematik şəkildə məhv edilib. Bu isə çox ağrılı bir tarixi prosesdir.

İslamın yayılması ilə bağlı olaraq bir çox xristian-alban mənbələri sıradan çıxmağa başlayıb. Ərəblər yerli alban kilsəsini tabe etmək üçün siyasi addımlar atdılar. Ərəblərin alban irsinə qarşı yürütdüyü ağrılı siyasətdən sonra bu irs erməni təcavüzünə məruz qalıb.

1836-cı ildə Rusiya imperiyasının rəsmi fərmanı ilə müstəqil Alban Katolikosluğu tamamilə ləğv edildi və onun bütün mülkləri, arxivləri erməni kilsəsinə verildi.

Alban kilsəsi erməni Qriqorian kilsəsinə tabe edildikdən sonra alban dilli dini mətnlər, salnamələr və rəsmi sənədlər qəsdən erməni dilinə tərcümə edildi, orijinalları isə məhv edildi və ya dəyişdirildi. Xüsusilə keçmiş Dağlıq Qarabağ və ətraf bölgələrdəki xristian albanların bir hissəsi zamanla qriqorianlaşaraq erməniləşdi.

Bu, albanların maddi və yazılı mədəniyyətinin son qalıqlarının da mənimsənilməsinə və ya yox edilməsinə şərait yaratdı. Bu gün Azərbaycan tarixçiləri və arxeoloqları qədim Alban irsinin (məsələn, Nic kəndindəki udi məbədləri, Mingəçevir tapıntıları, Xudavəng və Gəncəsər monastır kompleksləri) qorunması və onun erməni saxtakarlığından təmizlənməsi istiqamətində mühüm araşdırmalar aparmaqdadırlar.

Biz bu barədə danışarkən Mingəçevir yazılarına yenidən qayıtmaq istədik. Mingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr haqqında elmi mənbələrdə məlumatlar var.

Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır.

Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib.

Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib.

Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur.

Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur. Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür. Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür. Jost Gippert bu qabın üzərindəki mətni "Dəyərlim, sevgilim, bu şamdanı sənin üçün hazırladım" kimi tərcümə edib.

Tədqiqatçı Bəxtiyar Tuncay yazır ki,

1948-1952 – ci illərdə, Mingəçevir su anbarının tikintisi zamanı həmin ərazidən üzərində yazılar olan bir neçə abidə tapılmış və həmin dövrdən də onlar elmi ədəbiyyata “alban yazıları” kimi düşmüşdür. Bu yaxın zamanlara qədər oxuna bilinməyən Mingəçevir yazılarının, nəhayət ki, heç də iddia edildiyi kimi, “52 və ya 56 hərfli udin (alban) yazısı” deyil, türk runları ilə qələmə alınmış türk mətnləri olduğu üzə çıxmışdır. Bəzi müəlliflərə görə, lV-V, digərlərinə görə isə, V-Vlll əsrlərə aid olan həmin abidələrdən birini tanınmış türkoloq alim Yadigar Əliyev oxumağa müvəffəq olmuşdur.

Bunu B.Tuncay yazıb.

Filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy baki-xeber.com-a bildirdi ki, albanların bir deyil, bir neçə əlifbası olub, onlardan biri də 52 hərfdən ibarət olan əlifbadır.

“Birinci, erməni məcbur olub Qarabağdan əl çəkdi, əlifbadan da əl çəkəcək. Alban əlifbasının ermənilərlə heç bir əlaqəsi yoxdur. Bunu araşdırmalarımız çoxdan sübut edib. Albanların bir yox, bir neçə əlifbası olub. Albanların son əlifbası 52 hərfdən ibarət olub. Amma Sinay dağında tapılan Alban perqamenti 38 hərfən ibarətdir.

Ermənilərin alban əlifbasına iddiasının heç bir əsası yoxdur, bu saxtakarlıqdır”.

Alim qeyd etdi ki, Qırmızı dəniz sahilindəki monastırdan Alban əlifbası ilə yazılmış perqament tapılıb. “Erməni və gürcü alimləri dərhal hərəkətə başladılar. Bizimkilər isə fil qulağında yuxularına davam etdilər. İddia etdilər ki, o dilin guya Azərbaycan dilinə heç bir aidiyyatı yoxdur. Halbuki perqamentin dili ari və sami dillərinin təsirinə uğramış türk dillərindən biridir. Xüsusilə, maraqlıdır ki, monastırın keşişləri Məhəmməd peyğəmbərin fərmanını indiyədək saxlayırlar. Fərmanda göstərilir ki, tək Allahı tanıyırlar. Ona görə monastır bütün verqilərdən azad edilsin.

Mən Zaza Aleksidzenin kitabını alan kimi Tiflisə yola düşdüm. Mübahisəmiz saatlarla uzandı. Sübuta yetirdim ki, sən üstündən sükutla keçdiyin sözlərin hamısı türk sözləridir. Buğacuq, yəni kiçik buğa nə zamandan sizin sözünüz olub? Zaza tənə ilə üzümə baxdı. Dedi ki, gedin oturun Sunay dağının ətəyində tarixinizi öyrənin. Onun sözləri yeddi qatımdan keçdi.

İki-üç məqalə yaza bildim. Onları da heç oxuyan olmadı”-deyə İ.Cəfərsoy bildirdi.

İ.Cəfərsoy qeyd etdi ki, həbəş əlifbası əsasında 4 erməni, 4 gürcü, 5 alban əlifbası tərtib edilib. “Həbəş əlifbası isə Aran əlifbası əsasında yaradılmışdır.

Bizim Aran müdrikləri er.əv.xv əsrdə Finikiyada dünyanın ilk fonetik əlifbasını yaratmış, həmin əlifba əsasında yunan, latın, etrusk, həbəş əlifbaları tərtib olunmuşdur. Eranın əvvəllərində Həbəşistanda 100-ə yaxın etnos yaşayırdı. Onlar Abas, Qız, İtoba, Kafa və s. idi. Türk mənşəli Abas nəsli daha güclü olduğundan ölkə onların adı ilə şərqdə H»Əbəşistan, qərbdə Abissena adlanır.

Abas nəsli Həbəşistana Albaniyadan köçüb getmişdir. Albaniya və Türkiyədən Həbəşistana köçən patriarxlar irqlərini dəyişib qaralsalar da, yüz illərlə Qafqazdan ora köçdüklərini xatırlayırdılar. Hər üç əlifbanı tərtib edən Mesrop Maştos erməni deyildi. Aran nəslindən idi. Mesrop adı Aran adının kopt dilinə tərcüməsidir.

Ermənilər bütün bunları yaxşı bilirlər, ancaq danışmaq lazım olmayan yerdə susmağı bacarırlar”.

İ.Cəfərsoy vurğuladı ki, albanlar qədim Ön Asiyanın güclü xalqlarlndan biridir.

“Onların adı e.ə. ll minilliyə aid Kayseri mixi yazılarında və e.ə. l minilliyə aid Urartu mətnlərində Alpan formasında yazıya alınmışdır. Onlar hələ Troyanın işğalından qabaq Alpan adlı şimşək və ildırım tanrısına tapınırdılar. Al-parlaq və pan-göylər türk sözləridir.

Alpanlar Troyanın süqutundan sonra iki yerə bölündülər. Bir hissəsi Qafqaz dağlarının ətəklərinə çəkildi. Bir hissəsi İtaliyaya köçərək orada 2 Alpan çəhəri saldı.

Latınlar Apenin yarımadasını tutub onların şəhərlərini dağıtdılar. Alpan gölünü isə Alba Lonqa adlandırdılar. Alpanların ən cəsur alpları şimala çəkildilər, Avropa Alban dövlətini yaratdılar.

Qafqaz Albaniyasının bütün xalqları Alban deyildilər. Xristianlaqdan qabaq udinlər özlərini Utu, yəni günəşə tapınanlar, suniklər Su, yəni suya sitayiş edənlər adlandırırdılar. Bundan başqa Albaniyada Gökçay, Ultuz, Kapan, Aydın, Koçkar, Uruz, Kuzu və b. xalqlar yaşayırdılar. Köhnə nəsil gürcü tarixçiləri təsdiq edirlər ki, İveriyanın Kozişvili, Kosidze nəsilləri Pompey ilə döyüşdə öldürülən Alban sərkərdəsi Quzunun törəmələridir”-deyə İ.Cəfərsoy qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ