Venesuelanın illərdir mübahisə mövzusu olan milyardlarla dollar dəyərində qızıl ehtiyatları ilə bağlı mühüm bir hadisə baş verib. Venesuela hökuməti və müxalifət 4 milyard dollar dəyərində qızıl ehtiyatlarının gələcəyi ilə bağlı razılığa gəlib.
Venesuela Mərkəzi Bankına məxsus 4 milyard dollar dəyərində qızıl İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Sisteminə köçürülüb.
Əldə edilən razılığa əsasən, qızıl ehtiyatlarına qanuni nəzarət Delsi Rodrigezin müvəqqəti hökumətinə veriləcək. Lakin hökumət ehtiyatları birbaşa sata bilməyəcək. Bunun əvəzinə, qızılın dövlət borclanması üçün girov kimi istifadə edilə biləcəyi bildirilir. Əldə edilən maliyyələşdirmənin iyun ayında baş verən ikiqat zəlzələdən sonra dövlət xərclərinə, eləcə də yenidənqurma işlərinə sərf edilməsi planlaşdırılır.
Venesuela qızılı ilə bağlı yeddi illik mübahisə də sona çatacaq. Mübahisə 2019-cu ildə ABŞ, Böyük Britaniya və bəzi digər ölkələrin o vaxtkı Milli Assambleyanın prezidenti Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımasından sonra başlayıb.
Tahir TAĞIYEV