Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) bazar ertəsi verdiyi məlumata görə, Hörmüz boğazında daha bir tankerə hücum olub və zərbə nəticəsində iki heyət üzvü xəsarət alıb.
"Hərbi mənbələr UKMTO-ya təyinat yerinə gedən tankerin naməlum obyekt tərəfindən vurulduğunu bildirib", - deyə açıqlamada bildirilir.
Məlumata görə, iki heyət üzvü həyati təhlükəsi olmayan xəsarətlər alıb. Gəmi hazırda səyahətinə davam edir.
Cümə günü bildirilirdi ki, Hörmüz boğazından keçən ticarət gəmilərinin hərəkəti ABŞ-İran münaqişəsindən əvvəlki səviyyələrdən 90% aşağıdır.
Tahir TAĞIYEV